Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bayram Seferov: “Prezident Qarabağa hansı formada status verse, bizim üçün meqbuldur”

19 Ekim 2016

2:56 pm


19/10/2016 [18:54]: xeber –
“Prezident İlham Əliyev Dağlıq Qarabağa hansı formada status verərsə, biz Qarabağlılar üçün məqbuldur. Çünki biz Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində həyata keçirdiyi siyasəti dəstəkləyirik”.Bu sözləri Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.İcma rəhbəri deyib ki, Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi siyasət xalq tərəfindən dəstəklənir:“Cənab Prezidentin Azərbaycan xalqına göstərdiyi diqqət göz qabağındadır. Bu gün dünyada Azərbaycana qarşı açıq şəkildə ikili standartlar hökm sürür. Azərbaycanın bir milyona yaxın məcburi köçkünü var. Ancaq dünya birliyi 25 ildir ki, bunu görməməzlikdən gəlir. İşğalçı Ermənistana təzyiq göstərən yoxdur. Bütün bunlar göz qabağındadır və Azərbaycan xalqı reallığı görür. Bunu başa düşməmək nankorluqdur”.B.Səfərov qeyd edib ki, Ermənistan hakimiyyəti Azərbaycan torpaqlarını heç zaman öz istəyi ilə azad etməyəcək:“Çünki Serj Sarkisyanın başçılıq etdiyi Ermənistan hakimiyyəti cinayətkar dəstədir. Onlar öz cinayətlərini ört-basdır etmək üçün bütün təxribatlara, şantaja əl atmağa hazırdır. Ona görə də indiki Ermənistan hakimiyyətini saymaq lazım deyil. Azərbaycan dünya ictimaiyyəti, beynəlxalq təşkilatlarla iş aparır. Əgər müvafiq beynəlxalq təşkilatlar ədalətli qərarlar qəbul etsə, o zaman Ermənistan Azərbaycan ordusunun, xalqının və Ali baş Komandanının qarşısında bir saat da tab gətirməz, təslim olar. Ermənistan ilə Azərbaycanı qətiyyən müqayisə etmək olmaz. Bütün dünya Azərbaycandakı görülən işlərdən danışır. Bu gün Azərbaycanda böyük inkişaf mövcuddur. Bəs Ermənistanda nə var? Erməni əhalisi böhran, kasıbçılıq və aclıq içərisində batır. Ermənistan hakimiyyəti əhalini böyük uçurumun üzərinə atıb”.B.Səfərov Ermənistanın müstəqil ölkə olmadığını da söyləyib:“Bu gün dünyada “Ermənistan Respublikası” adlanan ölkə qalmayıb. Ora Rusiyanın kiçik quberniyasıdır”.Ermənistan əhalisinin böyük əksəriyyətinin Azərbaycanda yaşamağa can atdığını vurğulayan B.Səfərov Serj Sarkisyan hakimiyyətinin buna əngəl yaratdığını bildirib:“Bu gün Qarabağda, hətta Ermənistanda yaşayan ermənilərin əksəriyyəti Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyir. Lakin Qarabağ və Ermənistanda yüksək vəzifədə olan adamlar bunu istəmirlər. Çünki bilirlər ki, Azərbaycan torpaqlarını azad edəndən sonra həmin ermənilər vəzifədə qalmayacaq. Ermənistanda da sadə və ağlı başında olan, ziyalı insanlar istəyir ki, işğal altında olan torpaqlar geri qayıtsın və sülh bərqərar olsun. Onlar yaxşı bilir ki, o torpaqların Azərbaycana qaytarılması hər gün daha da yaxınlaşır. Çünki o torpaqlar Azərbaycanın dədə-baba yurdlarıdır. Azərbaycan nə yolla olursa-olsun, həmin torpaqları azad edəcək. Biz Qarabağ camaatı da Dağlıq Qarabağ münaqişəsinin ilk növbədə sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq. Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasəti də tam dəstəkləyirik”.Xatırladaq ki, Prezident İlham Əliyev rusiyalı telejurnalist Dmitri Kiselyova müsahibəsində Azərbaycanın Dağlıq Qarabağa muxtar respublika statusu verməyə hazır olduğunu bəyan edib.(Ölkə.Az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler