Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bayram namazını bu gün qılanlar tefriqe, bölücülük salmış olacaqlar…”

05 Temmuz 2016

6:48 am


05/07/2016 [10:44]: xeber –
Hər il olduğu kimi bu il də Ramazan ayının son günləri ziddiyətli keçir. Belə ki, Türkiyə və əksər müsəlman ölkələri 5 iyulda Ramazan bayramını qeyd edib bayram  namazı qılacağı halda, Azərbaycan və İranda bayram namazını 6 iyul tarixində qılınacaq.İlahiyyatçı alim Əkrəm Həsənov sayt – a açıqlamasında məsələyə şərh verib:“Ramazan ayının başlanğıcı ondan əvvəlki Şaban ayının 30 günü tamamlandıqdan sonra başlayır. Burada ayı görmək şərtdir. Peyğəmbər buyurub ki, ayı gördüyünüz zaman oruca başlayın. Yeni ayı görəndə isə bayram edin.  Abdulla İbn Ömərdən gələn rəvayətə görə, insanlar ayı görməyə çalışırmış. Cəmiyyət içərisində inanılır bir şəxsin mən ayı gördüm deməsindən sonra insanlar oruca başlayıblar. Bu gün də buna riayət edən insanlar var. Əbu Hüreyradan gələn rəvayətə görə peyğəmbər buyurub ki, hava buludlu olarsa Ramazanı 30 günə tamamlayın. Bir məmləkətdə ölkənin idarəediciləri deyirsə ki, bayram bizdə bu gündü, ona da əməl etmək lazımdır. Onlar hansı günü bayram desələr bayram da həmin gündə olmalıdır. Bizdə də QMİ bu işlərlə məşğul olur. Onların fətvası ilə bayram 7 iyunda başlayıb. Həmçinin 6 iyunda da ölkədə Ramazan bayramı elan olundu. İnsanlar QMİ-nin dediyi vaxtda bayram namazı qılmalıdır. Ondan əvvəlki vaxtda qılanlar təfriqə, bölücülük salmış olacaqlar. Bütün alimlər belə bir tövsiyə ediblər ki, insanların yaşadığı ölkədəki idarəçilərin verdiyi rəyə görə Ramazan ayına başlamalı və bu bayramı bitirməlidilər. Türkiyədə İslam ölkələrinin bu il baş tutan görüşündə də bu məsələ müzakirə olunub. Ola bilsin ki, gələn il bu problem həllini tapsın və bütün müsəlman ölkələri Ramazan bayramını eyni gündə qeyd etsin”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler