Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bayrağı ehsan kimi paylayanlara – SƏRT ETİRAZ

12 Ekim 2016

1:56 pm


12/10/2016 [17:55]: xeber –
Bu gün ölkəmizin hər yerində, o cümlədən də paytaxtda Aşura günü qeyd olunub. Məscidlərdə, eləcə də bir çox yerlərdə ehsanlar verilib. Paytaxtda, daha dəqiq desək “28 May” metrostansiyasının ətrafında verilən “ehsan” isə görənləri bir xeyli təəccübləndirib. Belə ki, metrostansiyanın qarşısında iki gənc insanlara ehsan məqsədilə Azərbaycan bayrağını paylayıblar. Bayraq paylayan gənclər bunu ehsan mıqsıdilə etdiklərini xüsusi vurğulayıblar.Maraqlıdır, Aşura günündə belə bir aksiyanın keçirilməsi, daha dəqiq desək bayrağın ehsan verilməsi bu gününün mahiyyəti baxımıdan nə dərəcədə doğrudur?sayt-ın məəslə ilə bağlı sualına İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı aydınlıq gətirib. T.Abbaslı bayrağın ehsan verilməsinin düzgün hal olmadığını deyib:”Bu hadisə adi, sıradan bir aksiya deyil. Belə aksiyanı təşkil etmək güclü maliyyə və güclü dəstək lazımdır. Məhz aşura günü hamının diqqətini məlum bəşəri tədbirlərdən (aşuradan) ayıraraq, milli maraqlara (bayrağımıza) yönəltmək məqsədinin güdülməsi aşkarənə büruzə verir. Hesab edirəm ki, bu aksiyanın məhz aşura günündə keçirilməsi yanlışdır, uğurlu və təsir edici deyil. Bayrağımızın aşura günündə gizli oyunlara cəlb edilməsinin arxasında gizli niyyətlər durduğundan düzgün  deyil. Düşünürəm ki, gənclik Aşuradan daha çox mərifət və ədəb öyrənib, vətənimizin və dövlətimizin qorunması üçün istifadə edə bilərlər. Aşura məktəbi gəncliyimizə doğru yaşamaq, stimulu verməklə bərabər, qeyrət, iradə, cəsarət və şücaət məktəbidir və bayrağımızın İslama qarşı yönəldilməsini yaxşı hal hesab etmirəm”.Rumiyyə


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler