Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

BAXCP sedri OECD nümayendelerini qebul edib

20 Ekim 2016

2:20 pm


20/10/2016 [18:19]: xeber –
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) nümayəndələrinin təşəbbüsü ilə BAXCP-nin mənzil qərargahında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə görüş keçirilib. Bununla bağlı partiyanın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, nümayəndə heyyətinə rəhbərlik edən Nelli Petkova Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramına (EaP) daxil olan altı ölkənin enerji subsidiyaları ilə bağlı regional araşdırmanın aparıldığını bildirib. Və bu layihənin Azərbaycanda da aparıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Şərq Tərəfdaşlığı ölkələrinə dair bu araşdırma “Şərq Qonşuluğunda Yaşıllaşan İqtisadiyyatlar” (EaP GREEN) layihəsi çərçivəsində hazırlanır. Layihə Avropa İttifaqı tərəfindən dəstəklənir və hər altı Şərq Tərəfdaşlığı ölkəsinin hökumətləri tərəfindən kordinə olunur. Proqram UNECE, UNEP və UNIDO ilə birlikdə icra edilir. Görüş zamanı BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə nümayəndə heyətinin hazırladığı layihə ətrafında geniş müzakirə aparılıb. Eyni zamanda, Azərbaycanda enerji sektorundakı vəziyyət və enerji sektoruna aid olan subsidiyaların çoxluğu , alternativ və bərpa olunan enerjinin inkişafı məsələsi də müzakirə edilib. Sonda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə əməkdaşlığın davam etdirilməsi razılığına gəlinib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler