Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

BAXCP rehberliyi Əbülfez Elçibeyin qebrini ziyaret edecek

23 Haziran 2016

8:52 pm


24/06/2016 [00:50]: xeber –
“İyunun 24-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyinə daxil olunan şəxslər, İdarə Heyətinin üzvləri, rayon təşkilatlarının sədrləri və Ali Məclis üzvləri Milli Azadlıq Hərakatının lideri, eks-prezident Əbülfəz Elçibəyin doğum günü münasibəti ilə onun məzarını ziyarət edəcəyik”. Bunu sayt saytına BAXCP funksioneri Niyaməddin Orduxanlı verib. Onun sözlərinə görə, mərhum Əbülfəz Elçibəy dünyasını dəyişəndən bu günə qədər  Fəxri Xiybanda Əbülfəz Elçibəyin ildönümü BAXCP rəhbərliyi tərəfindən qeyd olunur:”Sabah da ənənəmizə uyğun olaraq BAXCP sədri Qüdrət Həsənquliyevin rəhbərliyi ilə Əbülfəz bəyin qəbrini ziyarət edəcəyik və öz ehtiramımızı bildirəcəyik. Əbülfəz Elçibəy xalqını, millətini, dövlətini və vətənini təmənnasız sevən, Azərbaycan siyasətinə təmizlik və dürüstlük gətirən türk kişisi idi. Onun ideyalarını BAXCP olaraq biz bugün də yaşadırıq və yaşadacağıq. Bunu biz bir mənəvi borc sayırıq”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler