Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

BAXCP Əbülfez Elçibeyin mezarını ziyaret edib – Fotol

22 Ağustos 2016

11:56 am


22/08/2016 [15:52]: xeber –
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin üzvləri, rayon təşkilatlarının sədrləri milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər. Bu barədə partiyanın mətbuat xidmətinin məlumatında bildirilir. Məlumatda daha sonra qeyd olunur ki, Fəxri Xiyabanda Əbülfəz Elçibəyin vəfatının ildönümü ilə bağlı keçirilən aksiyada BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Elçibəyin Azərbaycan tarixində oynadığı mühüm roldan danışıb: “Əbülfəz Elçibəy xalqını, millətini, dövlətini və vətənini təmənnasız sevən, Azərbaycan siyasətinə təmizlik və dürüstlük gətirən bir siyasət adamı idi. Onun ideyalarını BAXCP olaraq biz bu gün də yaşadırıq və yaşadacağıq. Əbülfəz Elçibəyin xatirəsi hər zaman əziz tutulacaq və ehtiramla anılacaq”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler