Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bavariya DİN: Partlayışın Suriya vetendaşı terefinden töredildiyi ehtimal edilir

25 Temmuz 2016

5:16 am


25/07/2016 [09:15]: xeber –
Almaniyanın Ansbah şəhərində törədilən partlayış zamanı ölən şəxs 27 yaşlı Suriya vətəndaşıdır. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Bavariyanın daxili işlər naziri Yoahim Hermann bəyan edib. “O, iki il bundan əvvəl Almaniya gəlib. Ötən il hökumət ona qaçqın statusu verməkdən imtina edib. Partlayışın onun tərəfindən törədildiyi ehtimal edilir”, deyə Y.Hermann bildirib.  Nazir əlavə edib ki,  ölən şəxs Almaniyada yaşadığı müddət ərzində iki dəfə intihara cəhd edib.  Almaniyanın Ansbah şəhərində, “Eugens Weinstube” restoranının qarşısında törədilən partlayış nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler