Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Batının edaleti batdımı?

11 Temmuz 2016

4:32 pm


11/07/2016 [20:30]: xeber –
Son zamanlar unudulmuş erməni nağıllarının, ədaləti ilə qürrələnən Avropanın sayəsində yenə gündəmə gəldiynin şahidi olduq. Avropa Birliynə və MDB-yə ağsaqqallıq edən Almaniya qəflətən yadına saldı ki, din qardaşlarnın haqqını versinlər. Ardınca katolik dünyasının papası nəinki erməni yalanlarına dəstək çıxdı, hətta Azərbaycana qarşı bir neçə sərsəm söz də dilə gətirdi. Maraqlıdır, parlamentariləri xalq qanunvericiliklə bağlı seçir ya tarixi eşələmək üçün? Barı tarixi olaya qiymət vermək istəyirlərsə bu məsələdə tarixçilərin çıxış və debatları olmalı deyildimi qərar vermədən öncə? Axı Avropa, ələlxüsus Almaniya həmişə ədaləti ilə, qərəzsizliyi ilə, dəqiqliyi ilə tanınıbdır. Axı ədaləti, ağlın yardımı olmadan yerinə yetirmək imkansızdır. Nə qədər yüksəkdə olursan ol, qanunlar səndən də yüksəkdir. Görünür ədaləti ilə tanınmış Almaniya məzlumların haqqları üçün deyil, öz hədəfləri və məqsədləri üçün rahatca siyasi qərarlarla bir xalqın tarixinə ləkə yaxa bilir. Fəqət Alman iqtidarı unutmamalıdır ki, ədalət topaldır, ağır-ağır gedir. Lakin getdiyi yerə geci-tezi çatır. Ədaləti, ali qanun olaraq qəbul etməktən imtina edən millət, bu fəlakətini heç bir başarı ilə təlafi edə bilməz və bu onların ədalətə cavabdeh stukturlarnın üz qarası və ləkə kimi tarixə düşəcəkdir.Ədalətsiz hökm verən Almaniya iqtidarı zalım və iki üzlülüyün nə olduğnu açıq şəkildə göstərə bildi. Xatırladım ki, 1915-ci ildə xain erməniləri mərkəz və ya savaş bölgələrindən ətraf bölgələrə ekstradisiya edərkən Osmanlının ən ali hərbi rütbələrində alman zabitlər var idi. Colmar von der Goltz, Otto Liman von Sanders, Erich von Falkenhayn, Hans-Joachim Buddecke və başqaları. Əgər soyqırım olmuşsa belə bunun günahı elə ilk növbədə Almanyanın o zamanki hakimiyyətində və alman zabitlərində idi-çünkü ölkə və ordu faktiki olaraq onlara tabe idi. Roma papasına isə görünür yaşlandığı üçün hafizə pozulması güc gəlib. Axı o öz müqəddəs kitabını oxusaydı mümkün deyildi ki, belə sərsəm danışsın. Axı onun inanc mənbəyində buyrulur:”Baxın, Rəbbin əli qurtaramayacaq qədər qısa, Qulağı duymayacaq qədər kar deyildir. 2.Ama günahlarınız sizi Tanrınızdan ayırdı. Günahlarınıza görə Onun üzünü görəməz, Səsinizi eşitməz oldunuz. 3.Çünkü əlləriniz qanla, Barmaqlarınız günahla kirləndi. Dodaqlarınız yalan söylədi, Diliniz pislik pıçıldayır. 4.Ədalətlə məhkəmə quran, Öz haqqını dürüstcə istəyən yox. Boş sözlərə güvənib, yalan söyləyirlər. Fəsada hamilə qalıb pislik doğurlar”.(Incil, Yesaya 59). İsmail ƏliyevAzərbaycan Qarapapaq türkləri ictimai birliyinin sədri, ictimai-siyasi xadim




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler