Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Başındakı leçeyini külek aparan Roma papası Azerbaycana gelende…”

28 Haziran 2016

7:12 am


28/06/2016 [11:08]: xeber –
Roma papası Fransiskin Ermənistana
səfərinin yekununda Dağlıq Qarabağı “kiçik torpaq sahəsi” adlandırması və buna
görə müharibə aparmağın mənasız olduğunu iddia etməsi Aərbaycanda bir çox
siyasi və millət vəkilinin sərt təpgisinə səbəb olub.

Məsələ ilə bağlı
sayt-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu Vatikana münasibətdə
Azərbaycanın yanlış siyasətini şərh edib, habelə atılması gərəkən addımlara
diqqət çəkib:

“Azərbaycanın bir sıra təşkilat
və fondları Vatikanda xeyli təmir-bərpa işi aparıb. Lakin görünən odur ki, Azərbaycanı
gördüyü bu işlərin ona heç bir faydası olmayıb. Halbuki, bu barədə Roma papası
məlumatlandırılmalı, habelə Azərbaycanın millət vəkilləri, əlaqədar qurumları
bu barədə bilgiləndirilməli idi. Bu məsələnin bir tərəfi.

Paytaxtda Vatikan üçün
xüsusi yer ayrılıb. Başından  ləçəyini
külək aparan papa Azərbaycana gələndə onu aparıb Vatikan üçün yer seçdilər,
bütün lazımi işləri gördülər. Bu da Azərbaycanın yanlışı idi. Onlar belə
düşündülər ki, Azərbaycan böyük bir dövlətdir, hamıya himayədarlıq etməlidir,
5-10 manatını da itin-qurdun yolunda xərcləməlidir.

Qarabağın “kiçik torpaq
parçası” olmasına gəlincə, Vatikan özü də kiçik bir yerdir. Qoy Vatikan bu
kiçik yeri İtaliyanın ixtiyarına versin. Niyə o kiçik yerdən bütün dünya
xristianlarına rəhbərlik edir, amma Qarabağa çatanda bizim bu regionun heç bir əhəmiyyəti
qalmır?

Roma papasını bəziləri müqəddəs
hesab edə bilər. Lakin onda heç bir müqəddəslik yoxdur. Roma papaları hər il 24
apreldə Ermənistana xitabən 1915-ci il olayları ilə bağlı öz münasibətini
bildirir. Ermənistana yiyə durduğunu bildirir. Öz addımları ilə bildirirlər ki,
biz Ermənistanın arxasında durmuşuq. Biz də öz növbəmizdə gərəkli addımlar
atmalıyıq. Vatikandakı işlərimizi dayandırmalı, katolik kilsəsinə yer ayırmalı
deyilik və s. Yüz il əvvəl də bizdə katoliklər üçün yer vardı. Onlara böyük bir
ərazidə xüsusi iqamətgah tikməyə nə lüzum vardı? Bu, guya bizim tolerantlığımız
göstərir? Qətiyyən. Sadəcə, görünür məmurlarımızın onlardan asılı müəyyən işlərimiz
vardı, bu işləri aşırmaqdan ötrü belə etdilər. Bizim büdcəmiz, bizim
diplomatlarımız bizim maraqlarımıza xidmət etmir. Bundan bəzi məmurlar, bəzi təşkilatlar
öz şəxsi marağı üçün istifadə edir. Azərbaycan isə həmişə bundan ziyan çəkir. Əgər
Roma papasının Azərbaycana səfəri olacaqsa, Azərbaycan XİN-i, Prezident
Administrasiyası bu görüşü ləğv etməlidir. Roma papasına deməlidir ki, mənim bu
görüş üçün vaxtım yoxdur, o “kiçik torpaq parçası” uğrunda böyük mübarizə
aparıram.

Biz qurdun Allahı var deyirik,
lakin unutmamalıyıq ki, itin də sahibi var. Bu itin sahibi Fransa, Rusiya,
Vatikan və s-dir. Bu itin sahibləri həddindən artıq çoxdur. Biz bu itin sahiblərini
tanımalı, itə də, sahiblərinə də dərs verməliyik. Öz torpalqarımızı azad etməli
və nəyə qadir olduğumuzu göstərməliyik”.

 

Seymur Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler