Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Başıma vurdular, ağzımı bağladılar, dediler ki, tez gelsin” – VİDEO

25 Haziran 2016

9:44 am


25/06/2016 [13:41]: xeber –
Tovuzda evə basqın ediblər.Ötən gün günorta saatlarında Tovuzun Yuxarı Öysüzlü kəndində Mədət Tağıyevin evinə basqın olub.Əllərində qovluq olan iki nəfər naməlum şəxs həyətə daxil olaraq ev sahibini görmək istədiklərini bildiriblər. Onun evdə olmadığını öyrəndikdən sonra həyat yoldaşı Rəna Tağıyevaya hücum edərək müxtəlif xəsarətlər yetiriblər. Daha sonra isə mənzilə daxil olub axtarış aparmağa başlayıblar. Evin əşyalarını dağıdıb, yataq dəstini bıçaqla kəsərək, qadının 16 yaşlı övladını aparacaqlarını deyiblər. Qadına hədə-qorxu gələnlər ondan həyat yoldaşını çağırmasını istəyiblər. Rəna Tağıyeva isə ərinin xəstə olduğu üçün Bakıya getdiyini bildirib: “Başımı vurdular. Mənə dedilər ki, oğlumu aparsınlar. Həyat yoldaşım gələndə arxası ilə gəlib aparar”.Zərərçəkənin qaynı Mübariz Tağıyev isə, xanıma nalayiq sözlər işlədildiyini, hətta ağzını bağladıqlarını deyib: “Telefonu qulağına tutub deyiblər ki, denən hadisə baş verib. Tez evə gəl”.Şəxslər daha sonra evi tərk ediblər.Tovuz Rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır. (Region TV)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler