Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Başıbelalı mekteb: Bakıdakı 20 saylı mekteble bağlı müemma – FOTOLAR

15 Eylül 2016

1:16 pm


15/09/2016 [17:15]: xeber –
“Sabah dərs başlayır, hamı yeni dərs ilinə hazırlaşıb, biz isə uşağımızın hansı məktəbdə oxuyacağını hələ dəqiq bilmirik. Düz 3 il əvvəl övladlarımızın təhsil aldığı 20 nömrəli məktəbi söküb yerində təzəsini tikməyə başladılar. Amma məktəbin tikintisi hələ də başa çatmayıb. Uşaqlarımız da, özümüz də qalmışıq qalmışıq küçələrdə, bilmirik hara gedək”.Bakının Yasamal rayon sakini Xatirə Hüseynova yaşadıqları binanın yaxınlığında yerləşən 20 saylı məktəb-liseyin tikintisinin bu qədər yubanmasından narazıdır.  İki məktəb yaşlı övladı olan Xatirə xanım Koordinat.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, 2014-cü ildən 20 saylı məktəb-liseyin yerləşdiyi binanın sökülməsi ilə əlaqədar orada təhsil alan 3000-dən artıq şagird ayrı-ayrı məktəblərə bölüşdürülüb. Bununla da bu tədris ocağında təhsil alan şagirdlər və onların valideynləri ciddi məhrumiyyətlərlə üz-üzə qalıb. Belə ki, yenicə təmirdən çıxmış 20 saylı məktəb-liseyin tamamilə sökülməsi və yerində yeni məktəb binasının tikilməsi barədə gözlənilməz qərardan sonra bu tədris ocağında təhsil alan şagirdlər pərakəndə halda ayrı-ayrı məktəblərə köçürülüb. Nəticədə bacı qardaşdan, qardaş bacıdan, sinif yoldaşları bir-birindən,  şagirdlər müəllimlərindən, müəllimlər isə şagirdlərindən ayrı düşüb. Ən böyük ağırlıq isə valideynlərin üzərindədir. Çünki bir çox ailələrdə sayı iki və daha artıq olan uşaqlar həm də ayrı-ayrı məktəblərə getmək məcburiyyətindədir. Üstəlik onların indi oxuduqları məktəb öz məktəblərindən xeyli uzaqda yerləşir. Ayrı-ayrı təhsil ocaqlarında oxuyan uşaqlarını məktəbə aparıb-gətirmək valideynlər üçün daha böyük problem yaradır.Elə Xatirə Hüseynovanı da narahat edən əsas məsələ budur. Onun sözlərinə görə, qonşuluqda yaşayan ailələrin əksəriyyətində uşaqların bir bir, digəri başqa məktəbdə oxuyur. Düzdür, Təhsil Nazirliyi və Yasamal Rayon İcra Hakimiyyəti 20 saylı məktəb-liseyin binası sökülərkən valideynlərə bu vəziyyətin müvəqqəti olduğunu və məktəbin tikintisinin ən geci bir il ərzində başa çatdırılacağına söz vermişdi: “Amma sonradan gördük ki, iş ləng gedir, növbəti dərs ilinə də çatdırmayacaqlar. Bu il isə hamı məktəbin istifadəyə veriləcəyini gözləyirdi. Çünki keçən il demişdilər ki, növbəti dərs ilində öz məktəbinizin tikintisi başa çatacaq, uşaqlarınız da qayıdıb ğöz məktəblərində oxuyacaqlar. Amma məktəbin tikintisini bu il də başa çatdıra bilmədilər. Ona görə də uşaqlarımızın hərəsi yenə başqa-başqa məktəblərdə oxumalı olacaq. Axı, nə qədər olar?! Necə olur ki, Bakıda təzə tikilən məktəblərin hamısı 8-10 ay ərzində istifadəyə verildi, 3 il əvvəl sökülən 20 nömrəli məktəb hələ də yarımçıq qalır?”Keçmişi şöhrətli məktəbin gələcəyi böyük sual altında1958-ci ildən fəaliyyət göstərən, Bakının ən nüfuzlu məktəblərindən biri olan Yasamal rayonundakı 20 saylı məktəb-liseyin binası sonuncu dəfə 2008-ci ildə əsaslı təmir olunub və bu işə həmin dövrdə 1 milyon 600 min manat xərclənib. Bakının ən elit məhəllərindən birində yerləşən, böyük maddi-texniki bazası, o cümlədən iki iri tədris korpusu olan məktəb 2014-cü ilin iyun ayında gözlənilmədən yenidən sökülməyə başladı. Məktəbin 3200-dən artıq şagirdi isə müvəqqəti olaraq paytaxtın bir neçə məktəbi arasında bölüşdürülüb. Hazırda şagirdlərin çoxu 175 (Yasamal) və 325 saylı məktəblərdə (Metronun “Gənclik” stansiyasının yaxınlığı) təhsilini davam etdirir. Bu tədris ocağında çalışan 289 müəllimdən 5-i əməkdar müəllim, 5-i ilin müəllimi, 3-ü elmlər namizədidir. Bakının nüfuzlu tədris ocaqlarından olan 20 saylı məktəb-lisey həm də elektron təhsil müəssisəsi kimi tanınır. Belə ki, respublikanın təhsil ocaqlarında həyata keçirilmiş ilk innovasiya yönümlü layihələr məhz bu məktəbdə gerçəkləşdirilib. Fövqəladə Hallar Nazirliyinin bir neçə metrliyində, Parlament prospekti-9 ünvanında yerləşən bu tədris ocağı söküləndən bir necə ay sonra,  2014-cü ilin noyabrında dövlət başçısının sərəncamı ilə Bakı şəhərinin Yasamal rayonunda 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi məqsədilə Prezidentinin Ehtiyat Fondundan Təhsil Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılmışdı. Prezident İlham Əliyevin 24 aprel 2015-ci il tarixli sərəncamı ilə 20 saylı məktəb-liseyin yeni binasının tikintisi üçün daha 10 milyon manat ayrılıb.  Bundan başqa, 25000 kvadratmetr sahəsi olacaq 3000 şagird yerlik məktəb-liseyin tikintisinə Dövlət İnvestisiya Xərclərindən də 2 milyon manat ayrılması barədə qərar var. Vəsait ayrılıb, məktəb tikilməyibBununla belə, məlum olmayan səbəblərdən məktəb binasının tikintisinə çox gec başlanıb. Mühüm məqamı da xatırlatmaq yerinə düşər: tikintiyə başlamaq üçün kifayət qədər vəsait ayrılmasına baxmayaraq, yeni məktəb binasının eskiz-layihəsi də hələ o zaman böyük mübahisə və müzakirələrə səbəb olmuşdu. Hətta bina söküləndən sonra Bakı Şəhər İcra Hakimiyyətinin burada park salacağı ilə bağlı məlumatlar yayılmışdı. Təhsil naziri Mikayıl Cabbarov isə məktəbin ərazisi ilə bağlı yaranmış qalmaqala aydınlıq gətirərək bunun sadəcə bir anlaşılmazlıq olduğunu demişdi. Nazir Bakı meri “Hacıbala Abutalıbovun təhsilə bağlı bir adam olduğunu”  söyləyərək Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilən yeni eskiz layihəsinə uyğun olaraq, 20 saylı məktəb-liseyin yerind daha müasir təhsil kompleksinin tikiləcəyini söyləmişdi. Mikayıl Cabbarov həmin çıxışı zamanı  məktəbin yeni binasının 2016/2017-cı tədris ili üçün istifadəyə veriləcəyini də xüsusi vurğulamışdı. Budur, 2016/2017-cı tədris ili başlayır və sabah bütün məktəblər qapılarını sevimli şagirdlərinin və müəllimlərin üzünə aşacaq. Yeni dərs ilində istifadəyə veriləcəyi gözlənilən 20 saylı məktəb-liseyi isə … Sökülən günədək ölkənin ən nüfuzlu tədris ocağı hesab olunan bu təlim-tərbiyə müəssisəsini indi bir çoxları “başıbəlalı məktəb” adlandırır.  2008-ci ildə əsaslı təmir olunan məktəb binasının cəmi 6 il sonra tamamilə sökülməsi, onun yerində tikiləcək yeni məktəb-kompleksin eskiz layihəsinin bir neçə dəfə dəyişdirilməsi,  dövlət tərəfindən iri məbləğlərdə vəsaitlərin ayrıldığı halda tikintinin 3 il ərzində başa çatdırılmaması çoxlu təkcə məktəbin şagird və müəllim kollektivində,  valideynlərdə deyil, ictimaiyyətdə də xeyli suallar  və şübhələr yaradır. Fövqəladə Hallar Nazirliyinin gözü qarşısındakı tikintidə qəza…Nüfuzlu tədris ocağından “başıbəlalı məkəb”ə çevrilən bu təlim-tərbiyə müəssisəsi üçün rikilən binanın inşasının yubanmasına əsas səbəb kimi icraçı şirkətin işə laqeyd yanaşması göstərilir. Məhz bunun nəticəsidir ki, məktəb binasının tikintisi indiyədək bir neçə dəfə dayandırılıb. Həm də uzun müddətə və müxtəlif səbəblər üzündən.  Məsələn, bu ilin fevralında məktəb binasının tikintisi zamanı ciddi bir xəta baş vermişdi. Belə ki, Fövqəladə Hallar Nazirliyinin düz qarşısında aparılan tikintidə təhlükəsizlik qaydalarının pozulması nəticəsində 1 nəfər həyatını itirmiş, 1 nəfər isə ağır yaralanmışdı. Tikintidən düşən dəmir parçası yoldan keçən piyada qadının başına dəyərək onu həyatına son qoymuşdu. Məhz bu bədbəxt hadisədən sonra məktəb binasında tikinti işləri uzun müddətə dayandırılmışdı. Xatırladaq ki, 20 saylı məktəb-liseyin tikintisini Təhsil Nazirliyinin sifarişi əsasında “Bakinşaat Group” MMC həyata keçirir. Layihəni “Bakinşaat Group” MMC-yə isə Bakı Dövlət Baş Layihə İnstitutu verib. Paytaxtda bir çox tikinti layihələrini həyata keçirmiş bu şirkətə dövlət lisenziyası 29 dekabr 2014-cü il tarixindən verilib. 2014-cü ilin iyununda sökülən, həmin ilin noyabrında prezident İlham Əliyevin sərəncamı ilə yeni binanın tikintisi üçün ilkin vəsait ayrılan layihənin icrası 29 dekabr 2014-cü il tarixdə lisenziya alan bir şirkətə həvalə olunub. Qəribədir, deyilmi? “Düz 3 ildir mən uşağımın birini bir məktəbə, sonra da qayıdıb o birisini başqa məktəbə aparıb-gətirirəm. Evimizin yanında məktəb ola-ola bizim uşaqlar niyə gedib başqa məktəbdə oxumalıdrlar ki?! Biz daha nə qədər gözləməliyik ki, məktəbimiz istifadəyə verilsin və uşaqlarımız öz məktəblərində oxusun?..”Payızın küləkli yağışında, qışın şaxtasında övladlarını uzaqdakı məktəblərə aparıb-gətirməkdən bezən Xatirə Hüseynova kimi valideynlərin bitib-tükənməyən suallarının cavabını həm də burada axtarmaq olar. Üstəlik bu tikinti gözdən-könüldən uzaq bir yerdə deyil, tikintidə təhlükəsizliyə nəzarət etməli olan Fövqəladə Hallar Nazirliyinin binasının düz qarşısında yerləşir…


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler