Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Baş tutmayan çempionluq, sıradan çıxan idmançılarımız – Rio olimpiadasının 7-ci günü

12 Ağustos 2016

10:12 am


12/08/2016 [14:08]: xeber –

Bugün Braziliyanın
Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarının səkkizinci
günü start götürüb.

sayt xəbər verir
ki, dünən-yarışların yeddinci günü Azərbaycan idmançıları üçün qismən də
olsa  düşərli olub.

Belə ki, 100 kq çəki dərəcəsində
mübarizə aparan cüdoçumuz Elmar Qasımov yalnız həlledici final görüşündə məğlub
olaraq, gümüş medalla kifayətlənib.

Sonuncu gün mübarizəyə
atılan idmançılar əsasən boks 
komandamızın üzvləri olub. Onlar arasında həm yaxşı, həm də pis nəticə
göstərənlər də olub. Yığmanın bayraqdarı, 81 kq çəkidə mübarizə aparan Teymur Məmmədov  hollandiyalı idmançıya qalib gəlməklə 1/4 finala
vəsiqə qazanıb. Onun bu mərhələdəki  rəqibi
güclü Qazaxıstan idmançısıdı. Teymur bu görüşdə qalib gəlməklə, ən azı bürüncü
medalı özü üçün təmin edə biləcək.

Mərhələ adlayan növbəti
boksçumuz isə milliləşdirilmiş idmançı Lorenzo Sotomayor olub. Ukraynalıya
qalib gələn təmsilçimiz 1/8 finala vəsiqə qazanıb.

İki boksçumuz isə təəssüf
ki, elə ilk görüşlərindəcə məğlub olublar. Medal qazanacağına ümid edilən Cavid
Çələbiyev ilk mərhələdə mübarizəni dayandırıb.

Heç kəsin medal gözləmədiyi
Pərviz Bağırov (69 kq) elə ilk görüşdəcə onunla bağlı proqnozları olan
“doğruldub”. Fransalı rəqibinə məğlub olaraq ilk mərhələdə olimpiada ilə
vidalaşıb.

Rio-de-Janeyro  olimpiadasının Azərbaycan üzrə bugünədək olan
statistikası belədir:

Yığmanın heyətindəki 56
idmançıdan yalnız 21-i azərbaycanlıdır. 
Bugünə qədər  artıq 20 idmançı
çıxışını başa vurub ki, onlardan cəmi ikisi medal qazanıb (Rüstəm Orucov və
Elmar Qasımov). 20 idmançıdan medal almayaraq ən yaxşı nəticəni göstərən də
yerli idmançımız- cüdoçu Orxan Səfərlidir.

Yığmamız medal
sıralamasında 39-cu yerdədir.

Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler