Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Baş Prokurorluqdan “Mahmudov çetesi” ile bağlı yeni açıqlama…

15 Temmuz 2016

1:16 pm


15/07/2016 [17:13]: xeber –
Baş Prokurorluq yanında keçmiş MTN rəhbərliyinin işlərini araşdıran xüsusi istintaq qrupu fəaliyyət göstərir.Bu barədə bu gün jurnalistlərə baş prokurorun müavini, Korrupsiya ilə Mübarizə Baş İdarəsinin başçısı Kamran Əliyev deyib.Onun sözlərinə görə, istintaq qrupu sıx qrafik əsasında işləyir.“Keçmiş MTN rəhbərliyinin bütün korrupsiya faktları və digər cinayətləri həmin qrup tərəfindən araşdırılır”, – deyə Kamran Əliyev qeyd edib.Xatırladaq ki, “MTN işi” üzrə bu qurumun iyirmiyə yaxın keçmiş yüksək rütbəli zabit və generalları məsuliyyətə cəlb olunub. Onların hamısı cinayətkar dəstənin yaradılmasında, quldurluqda, insanların oğurlanmasında və korrupsiyada ittiham edilirlər. Cinayətkar dəstəyə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov rəhbərlik edib.(Virtualaz.org) 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler