Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Baş Prokurorluq Çovdarovun qurbanının işini nezarete götürdü

02 Eylül 2016

6:44 am


02/09/2016 [10:40]: xeber –
Saytımızda ləğv edilən MTN-nin sabiq generalı Akif Çovdarovun qurbanı
Məmişov Fehruz İsa oğlunun başına gətirilən müsibətlərdən bəhs etmişdik. (http://www.moderator.az/news/148186.html ). Həmin yazıda qeyd etmişdik ki, torpaqları əlindən
alınan və A.Çovdarovun verdiyi işgəncələr nəticəsində qardaşını itirən F.Məmişov
əlaqədar qurumlardan məsələnin araşdırılmasını, olaylara hüquqi qiymət verilməsini
xahiş edib.

sayt-a daxil olan məlumata görə, artıq Baş Prokurorluq F.Məmişovun
işini nəzarətə götürüb və bu istiqamətdə araşdırmaya start verib.  Şikayətçi F.Məmişovun prokurorluqda ifadə verdiyi,
A.Çovdarovun qanunsuz əməlləri ilə bağlı güc orqanını təfsilatı ilə məlumatlandırdığı
bildirilir.Məlumat üçün qeyd edək ki, F.Məmişovun sabiq MTN generalının
zoraklığından əziyyət çəkdiyi ilə bağlı informasiyalar ölkə mətbuatında hələ ötən
ildən yer almaqdadır. F.Məmişovun şikayəti ilə bağlı rəsmi prosedurun
başladılması isə onun Baş Prokurorluğa bilavasitə müraciətindən sonra
reallaşıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler