Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Baş olmayandan sonra papağa da ehtiyac qalmır, papaqçıya da” – Bayram tebriki…

12 Eylül 2016

7:00 am


12/09/2016 [10:54]: xeber –
Bu gün həm də mələşmə günüdür. Neçə – neçə quzunu qulağından tutub mələdəcək, gülə – gülə kəsəcək, sevinə – sevinə asacaq, isti – isti soyacaq, səbrsizliklə ciyərinin qovrulmasını gözləyəcəklər. Bilmirəm, quzular dərilərinin soyulmasını hiss edirlər, ya yox, amma biz hiss edirik. Çünki, bizim dərimizi diri – diri soyurlar. Mələmək istəyirik, səsimiz çıxmır. Çıxsa da eşidən olmayacaq. Çünki bu dünyaya bəzilərimiz mələmək, bəzilərimiz isə mələtdirmək üçün gəlmişik. Mələyənlər mələtdirənlərdən çoxdur, lap çox. Amma neyləyək ki, özümüz də mələməyə meyilliyik. Quzu kimi adamlarıq. Bir oliqarx o biri oliqarxa “Ay sənə quzu kəsim!” deyəndə həyətdəki quzunu yox, bizim birimizi nəzərdə tutur. Bizim mələşməyimiz onlar üçün ən gözəl melodiyadır…Əvvəllər quzunun birbaşa qeyrətlə əlaqəsi var idi. Kəsilən quzuların ətindən çox dərisinə qiymət verirdilər. Çünki o dəridən papaq tikirdilər, papağı da qeyrət rəmzi olaraq başımıza qoyurduq. Başımızı isti saxlaması öz yerində, arvad – uşaq bizdən çəkinməsə də papaqdan çəkinirdi. Evdə bir papaqlı kişinin olması o demək idi ki, həmin evdə zəhm var, qayda var, kişi sözü var, lap elə xəncər var, beşatılan var…Hər şey bir göz qırpımında baş verdi, güclü külək əsdi, papaqlarımızı başımızdan uçurdu. Hayıf mənim o yan – yana düzülmüş Şamaxı papaqçıları haqqında yazdıqlarımdan, indi kimdi onları oxuyan…Baş olmayandan sonra papağa da ehtiyac qalmır, papaqçıya da. Amma quzuya həmişə ehtiyac olub, olacaq da. Uşaqlıqda bizə “Quzu bala” deyə müraciət eləmirlər? Biz də böyüyürük, nə oluruq? Quzunun böyüyüb nə olduğunu özünüz məndən yaxşı bilirsiniz…Qurban kəsin, qurbanlıq olmayın. Qurban bayramınız mübarək!Məzahir Süleymanzadə, tanınmış yazıçı-publisist


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler