Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Baş nazirin müavini: “Türkiye demokratiya ve qanunun aliliyi prinsiplerine sadiq qalacaq”

23 Temmuz 2016

7:08 am


23/07/2016 [11:04]: xeber –
“Türkiyə dövlət çevrilişi cəhdinə baxmayaraq demokratiya və qanunun aliliyi prinsiplərinə sadiq qalacaq”. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Mehmet Şimşek G-20-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin Çində keçirilən görüşündə bildirib. “Əslində heç nə dəyişməyib. Biz bir həftə əvvəl baş verənlərə rəğmən demokratiya və qanunun aliliyi prinsiplərinə tamamilə sadiq qalmaqda davam edəcəyik”, – deyə o vurğulayıb. Qeyd edək ki, Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı 246 nəfər həlak olub, 2 185 nəfər yaralanıb. Dövlət çevrilişi cəhdinə görə 10 607 nəfər saxlanılıb, 4 496 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler