Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Baş nazirin müavini Putinin kömekçisinin Qarabağ beyanatını şerh edib

15 Ekim 2016

10:40 am


15/10/2016 [14:36]: xeber –
“ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətin nümayəndəsi tərəfindən belə bir bəyanatın səsləndirilməsi o qədər də yerinə düşmür. Bundan əvvəl ABŞ dövlət katibi tərəfindən də buna bənzər bəyanat səsləndirilmişdi və Azərbaycan hökuməti, ictimaiyyəti bu bəyanata kifayət qədər sərt, ədalətli reaksiya vermişdi”. APA-nın məlumatına görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ciddi irəliləyiş gözləmədikləri barədə bəyanatına münasibət bildirən baş nazirin müavini Əli Əhmədov deyib. Ə. Əhmədov bildirib ki, hər bir Azərbaycan vətəndaşları Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını arzu edir: “Status-kvonun yaxın zamanlarda dəyişdirilməsi bütövlükdə regionda sabitlik, əmin-amanlığın təmin edilməsi üçün ən düzgün yollardan biridir. Münaqişənin həll olunması üçün yaradılmış Minsk Qrupunun həmsədrləri belə bəyanat səsləndirirlərsə, bu, həmin vəzifəni üzərinə götürmüş həmsədrlərin həmin öhdəlikləri yerinə yetirmək iddiasında, gücündə olmadığı anlamına gəlir. Minsk qrupunun kifayət qədər səy göstərdiyini də qeydə etmək istəyirəm. Ancaq bu bəyanatlar fəaliyyət əmsalının üzərinə çox ciddi kölgə salır. Bir tərəfdən bu, ədalət baxımından düzgün yanaşma deyil, digər tərəfdən, Minsk qrupunun fəaliyyətinin səmərəliliyi baxımından məqbul olmayan bir yanaşmadır”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler