Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Baş nazir: “Türkiyenin Suriya meselesinde mövqeyi konkretdir”

22 Ağustos 2016

7:08 pm


22/08/2016 [23:07]: xeber –
“Türkiyənin Suriya məsələsində mövqeyi dəyişməzdir və konkretdir”Report”un “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu ölkənin baş naziri Binəli Yıldırım Çankaya köşkündə Nazirlər Şurasının toplantısından sonra verdiyi açıqlamada deyib.Baş nazir Suriya məsələsi ilə bağlı danışaraq, Türkiyənin bu məsələdə mövqeyinin dəyişməz olduğunu bir daha ifadə edib: “Suriya bu gün 6 ildir davam edən vətəndaş müharibəsini yaşayır və gücünü günbəgün zəiflədir, milyonlarla insan, məsum Suriya vatandaşı ölkələrini tərk etmək məcburiyyətində qalıb, 500 min həddində məsum insan bu mənasız müharibədə dünyasını dəyişib. İndi axan qanın daha çox olmaması, Suriyada sülhün və əmin-amanlığın yenidən bərpa olunması bizim üçün ən önəmli məsələdir.””Bütün tərəflərin bir araya gəlib Suriyada axan qanın dayandırılması və yenidən bütün Suriyalıların təmsil olunacağı hakimiyyətin formaklaşdırılması əsas şərt olduğunu vurğulayan B.Yıldırım deyib: “Bu mənada bizim önəmli şəkildə üzərində dayandığımız məsələ çox konkretdir; Suriyanın bölünməməsi, torpaq bütövlüyünün qorunması, hərhansı etnik qrupa şərait yaradacaq yeni bir münasibətə izazə verilməməsi.”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler