Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Baş nazir ecnebiler ile bağlı qerarında deyişiklik etdi

30 Ağustos 2016

6:24 am


30/08/2016 [10:22]: xeber –
Baş nazir Artur Rasizadə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşamaq üçün icazənin, o cümlədən iş icazəsinin verilməsi (və ya müddətinin uzadılması) üçün ərizə-anket nümunələrinin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin qərarında dəyişiklik edib. Bu barədə sayt rəsmi qəzetə istinadən xəbər verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anket”ə aşağıdakı məzmunda 11.4-1-ci və 11.6-1-ci bəndlər əlavə edilib:“11.4-1. Azərbaycan Prezidentinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş Azərbaycan Prezidentinin müəyyən etdiyi kateqoriyaya aid mütəxəssis olduqda11.6-1. Azərbaycanda  təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler