Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Baş nazir: “Diyarbekirde partlayışda 8 nefer ölüb, 100-den çox yaralı var” – YENİLƏNİB-2

04 Kasım 2016

10:16 am


04/11/2016 [14:13]: xeber –
Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda Polis İdarəsinin partladılması nəticəsində 8 nəfər ölüb. APA-nın xəbərinə görə, bu barədə baş nazir Binəli Yıldırım jurnalistlərə bildirib. Baş nazir ölənlərdən 2 nəfərin polis, 6 nəfərin mülki şəxs olduğunu deyib. Onun sözlərinə görə, 100-dən çox insan yaralanıb. *** Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda törədilən terror aktına görə məsuliyyəti PKK terror təşkilatı üzərinə götürüb. APA-nın xəbərinə görə, bu barədə yerli NTV kanalı məlumat yayıb. Ədlyyə naziri Bəkir Bozdağ Polis İdarəsinin partladılması nəticəsində polis və mülki şəxslərin şəhid olduqları və yaralandıqlarını desə də, konkret rəqəm açıqlamayıb.  *** Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda Polis İdarəsinin partladılması nəticəsində 1 nəfər ölüb, 30 nəfərdən çox insan yaralanıb. APA-nın xəbərinə görə, bu barədə yerli NTV kanalı məlumat yayıb.  *** Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda polis idarəsinə silahlı hücum olub. APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, terrorla mübarizə və çevik polis alayının yerləşdiyi bina partladılıb. Partlayışdan sonra bölgədə atışma başlayıb. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşını cəlb olunub. Hələlik ölən və ya yaralananların olub-olmadığına dair məlumat verilməyib. İlkin ehtimala görə, partlayıcı qurğu yerləşdirilmiş avtomobil binanın girişində partladılıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler