Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Baş hekimin oğlunun öldüyü dehşetli qezanın görüntüleri yayıldı – VİDEO

18 Eylül 2016

12:24 pm


18/09/2016 [16:23]: xeber –
Göyçay rayonunda bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.Hadisə Bakı-Şamaxı-Yevlax yolunun 195-ci km-liyində, Göyçayın Qarayazı kəndi ərazisində qeydə alınıb.Qaraməryəm kənd sakini, 1989-cu il təvəllüdlü Sultanov Zaur İsa oğlu idarə etdiyi “VAZ-21015” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən camışları vurub.Avtomobil zərbənin təsirindən yoldan çıxaraq aşıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan Zaur Sultanov Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb.Z. Sultanov Qaraməryəm Kənd Xəstəxanasının baş həkimi İsa Sultanovun oğludur.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. (Region TV)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler