Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Barmağının arasından baxanda Kebeni gördüm – Kürdemirde

25 Temmuz 2016

11:56 am


25/07/2016 [15:54]: xeber –
Azərbaycanda sufiliyin  yayılması İslam dininin yarandığı ilk vaxtlarda meydana gələn sufilik cərəyanının əsas dayağı nəqşibənlik olmuşdur. Orta əsrlərdə nəqşibəndilik məktəbi Azərbaycanda da yaranmağa başlamışdır. Tarixi mənbələrdə bu məktəbin yaradıcısı olaraq XIII əsrdə yaşamış Əf-şar Babanın adı çəkilir. XV əsrdə isə, böyük ustad Nemətullah Naxçıvani Azərbaycanda nəqşibəndliyin daha da inkişaf edib yayılmasında böyük xidmətlər göstərmişdir.Onlardan sonra da Azərbaycanda sufilik məktəbini davam etdirən böyük mütəfəkkirlər yetişmişlər. Bu araşdırmamızda belə mütəfəkkirlərdən bir neçəsinin həyat və fəaliyyətini öyrənəcəyik.Nəqşibəndiyyə məktəbinə mənsub azərbaycanlı sufilərdən biri də 1514-cü ildə Təbrizdə anadan olmuş Əbu Səid ibn Sunullahdır.XVI əsrdən başlayaraq dövlət rəhbərlərinin və mollaların çoxsaylı təzyiqləri səbəbindən bir çox sufi mütəfəkkirləri Azərbaycanı tərk edərək Hindistan, Anadolu, Misir, Türküstan kimi bölgələrdə məskunlaşmışlar. Bu da öz növbəsində Azərbaycanda təsəvvüfün zəifləməsinə səbəb olmuşdur.XIX əsrdə Kürdəmirli Mövlanə İsmayıl Şirvaninin Bağdaddan Kürdəmirə qayıtması ilə Azərbaycanın təsəvvüf tarixində önəmli bir mərhələ başlamışdır. Belə ki, 1817-ci ildə ustadı Mövlanə Xaliddən icazənamə alaraq Kürdəmirə gələn İsmayıl Şirvani nəqşibəndiliyi Qafqazda yayaraq, milli mübarizə ideologiyasının – müridizmin formalaşmasında əsas rol oynamışdır.Mövlanə İsmayıl Siracəddin əl-Kürdəmiri əş-Şirvani 1782/83-cü illərdə Şirvan xanlığının Bölükət mahalının Kürdəmir kəndində anadan olmuşdur. Bəzi mənbələrdə atasının adının Şeyx Ənvər Şirvani olduğu bildirilir.İsmayıl Şirvani ilk təhsilini Şamaxıda Məhəmməd Nuri Əfəndidən almışdır. 1800-cü ildə Ərzincana gedərək, dövrünün məşhur alimlərindən olan Övliyazadə Əbdürrəhman Əfəndidən bir neçə il təhsil alaraq oradan Toqata gedir və bir neçə il də burada elmi bi-liklərini təkmilləşdirir.İsmayıl Şirvani Bağdadda Şeyx Yəhya Mərvəzi əl-İmadidən hədis elmini, Molla Məhəmməd ibn Adəmdən hikəmiyyə elmini öyrənir. 1805-ci ildə Burdura gələrək fiqh elmindən dərs alır və 1806-cı ildə vətəninə qayıdır. Burada yeddi il elmi biliklərin tədrisi ilə məşğul olduqdan sonra Həcc ziyarətinə gedir.İsmayıl Şirvani mənəvi elmlərdə yüksələrək, kamillik məqamına yetişmək üçün kamil bir mürşid – övliya axtarır, bu mürşidə bağlanmaq istəyirdi. Odur ki, zamanın ən məşhur vəlilərindən, feyz mənbəyi, nəqşibəndi Şeyx Abdullah əd-Dəhləvi həzrətlərinə mürid olmaq üçün Hindistana yola düşür. Bəsrəyə çatanda, Abdullah əd-Dəhləvidən mənəvi işarə aldı: “Sənin Şeyx Xalidlə sirlərin var, onu təqib edəcəksən”. Odur ki, yarı yoldan qayıdaraq Bağdada – Mövlanə Xalidin məqamına gedərək, ondan zahiri və batini elmləri öyrənməyə başladı (Mövlanə Xalid özü də Abdullah əd-Dəhləvidən dərs almışdı). İsmayıl Siracəddin elmdə və təsəvvüf məktəblərində kamal dərəcəsinə çatdıqdan sonra, ona tələbə yetişdirmək üçün icazənamə vermişdir. Qeyd edim ki, Mövlanə Xalid özünün on minlərlə müridindən yalnız bir neçəsinə icazənamə vermişdir ki, onlardan da biri kürdəmirli İsmayıl Şirvanidir. 1821-ci ildə verilən və hazırda Amasiyadakı türbəsinin divarından asılan ərəbcə yazılmış bu icazənamənin tərcüməsi belədir:”Həmd sadəcə Allaha məxsusdur. Salavat və salam vəhyinə seçdiyi Həzrəti Məhəmmədə (s.ə.s.), onun davamçılarına və səhabəsinə olsun.Bundan sonra Allahın xəlifəsi olaraq şəfqətli, sadiq dost, alim, fazil, ariflərin və fəzilətlilərin mənbəyi, sədatı-təriqi-nəqşibəndiyyənin əmri ilə qüvvətləndirilmiş qardaşım, sevdiyimiz, uca və kərəmli Hacı İsmayıl Əfəndiyə icazə verdim. Allah-təala bərəkətini, dərəcələrini və hallarını artırsın, tələbələrinə feyzlərini yağdırsın. Ona nəqşibəndiyyə təriqətində irşad, zikr və tövhid təlqini ilə, taliblərə nəzərinin təsirini, nurları müəyyən etməkdəki və pərdələri qaldırmaqdakı iqtidarını təcrübə etdikdən sonra icazə verdim. Bu icazəni silsileyi-aliyyənin böyüklərindən aldığım müsaidə və peyğəmbərin sünnəsi üzərinə istixarədən sonra verdim.Övliyanın yoluna təşəbbüs edən hər kəs onun söhbətini qənimət bilsin…Ona Quran müəllimlərinə, fiqh alimlərinə, sufilərə hörmət etməyi, qəlb səlaməti, nəfs səmahəti, comərdlik, gülərüzlük, əziyyət verməkdən çəkinmək, qardaşların qüsurlarını əfv etmək, böyüklərə və kiçiklərə nəsihət, düşmənlikləri tərk etmək, tamahı tərk etmək, ehtiyacının yerinə yetiriləcəyi xüsusunda Allaha etimad etməyi (Allah özünə etimad edənləri darda qoymaz) vəsiyyət edirəm. Qurtuluşun ancaq doğruluqda olduğundan əsla ayrılmamaq və Allaha vasil olmaq ki, bu ancaq Həzrəti Məhəmmməd əleyhissəlama tabe olmaqdır. Özünün heç kimsədən daha üstün olduğunu zənn etməyib, öz nəfsini hər kəsdən aşağı görsün. Əleyhində danışmağı davam edəni və həsəd edəni Allaha həvalə etsin. Başına gələn şəri qeyrəti ilə dəf etməyə çalışmasın. Bu təriqəti – Aliyənin şeyxləri dağlar kimi hümmətləri ilə sənə yetişəcəklər. Əgər istərsə, Allah-təalanın qüdrəti ilə fəsadı o anda maddi olaraq bağlarlar.Bəndələrinin sayısınca, razı olduğu nəfslər ədədincə, ərşinin zinəti və kəlmələrinin mürəkkəbləri sayınca Allahın salavat və salamı yenə Nəbiyyi-Ümmisi Məhəmmədin özünün və davamçılarının üzərinə olsun.Aləmlərin Rəbbinə həmd olsun.Mən fəqir və misgin Xalid ən Nəqşibəndi, əl Mücəddidi.Mövlayi-Kərimin böyük fəzlinə yetişmiş.Möhrü -Şərif:əl-Xalidiən-Nəqşibəndiəl-Mücəddidiəl-Qadiriəl-Kübrəviəs-Sührəverdiəl-Çişti.Bu cür icazənamələr təriqətin sağlam əsaslar vasitəsi ilə davam etməsi, yalançı şeyxlərin meydana çıxmasının qarşısının alınması, ən başlıcası isə, o şəxsin mürşidliyə layiq olduğunu sübut etməsi baxımından əhəmiyyətli sənəddir.İsmayıl Şirvaniyə bu icazənamə hansı xüsusiyyətlərinə görə verilmişdir? Bu suala icazənamənin mətnində cavab tapmaq olur: “taliblərə nəzərinin təsirini, nurları müəyyən etməkdəki və pərdələri qaldırmaqdakı iqtidarını təcrübə etdikdən sonra icazə verdim”. Deməli, Mövlanə Xalid şeyxlərə, mürşidlərə məxsus xüsusiyyətləri (batini elmlə sirlər üzərindən pərdələri qaldırmaq, nurları müəyyən etmək və s.) onda görmüş, təcrübədən keçirmiş və bundan sonra icazənamə vermişdir.İsmayıl Şirvani Mövlanə Xaliddən aldığı icazənamə ilə Şirvanda nəqşibəndiyyə məktəbini təlim edən ilk şeyxdir. Onun təlimi sufiliyi, dünya malından çəkinməyi, özünü tamamilə Allaha həsr etməyi təbliğ edirdi.Mövlanə İsmayıl Şirvaninin təlimi, imanı və kəramətləri haqqında xəbərlər bütün Qafqaza yayıldı. Onun yanına qonşu kənd və obalardan, Zərdabdan, İlisudan, Dağıstandan müridlər toplaşmağa başladı. Bu müridlər içərisində Kürdəmirdən Hacı Mahmud Baba, Dağıstandan Molla Məhəmməd Yaraqlı, Xas Məhəmməd, Şeyx Şamil, Qarasubasar mahalının Zərdab kəndindən Hacı Əhməd Əfəndi, Qaracallıdan Hacı Abdı Əfəndi, Qarabağ xanlığının Bərgüşad mahalının Cicimli kəndindən Mir Həmzə Seyid Nigari kimi tanınmış şəxslər vardı. Mövlanənin təlimi sayəsində bu müridlər sonralar övliyalıq səviyyəsinə qədər yüksəlmiş və xalq tərəfindən sevilən şəxsiyyətlər olmaqla bərabər, hər birinin çoxlu sayda müridləri olmuşdur.Qalagahlı İbrahim Əfəndi Nənqşibəndi Şeyxi Mövlanə Hacı İsmayıl Əfəndiyə intisab etməsini belə xatırlayır:“Gəl əvvəl başdan söyləyim ki, bu övliyalıq elmi (nəqşibəndilik – müəllif.) tamam yer üzərindən götürülmüşdü. Ancaq alimlik (fiqh elmi) var idi bizim dövrümüzdə. Biz fəqirlər bu elmlə məşğul idik. Eşidirdik ki, Şirvana övliyalar gəlib-gedirlər. Sonra haqlıq ilə Mövlanə Hacı İsmayıl Şirvani (Allah ondan razı olsun) Kürdəmirə gəldi, sakin oldu və bir para müxlis adamlara özü xəbər göndərdi ki, “buraya gəlin”. Bir də Diyallı Məhəmmədə. Ona da elan etdi ki, “bir buraya, mənim yanıma gəl!” O, cavabında dedi: “Səndən irəli çox adamlara getdik, bir şey hasil olmadı”. Mövlanə qurbanolduğum cavabında dedi ki, bu da onların birisi olsun. Xəlilli Molla Məhəmməd öz dilindən söylədi ki, “Mən görə-görə Diyallı Məhəmməd Əfəndi mərhum Hacı İsmayılın yanına getdi-gəldi. Mən ondan xəbər aldım ki, nə gördün? Buyurdu ki, “Mən gedən vaxtda Mövlanəni (İsmayıl Şirvanini) məscid qabağında əyləşmiş və yemişan ağacına söykənmiş gördüm. Mənə dedi: “Dəstamazın yoxdursa dəstamaz al”. Cavabında dedim ki, dəstəmazım var. Buyurdu: “Üzü qibləyə mənim yanımda əyləş və gözünü yum”. Mən də o təhər ki, buyurmuşdu, əyləşdim. “Boş dur” – dedi. Yəni, qəm və qüssə qəlbinə gətirmə. Mən də boş durdum, nagah ustadım Şeyx Məhəmməd Cekli kömürdən qara qabağımda durdu. Mən ağladım. Çünki ustadımdır deyə. Sonra dedi: “Ağlama, onda heç nə yoxdur”. Bu vaxt qəlbimdə fikirləşdim ki, əgər Məkkə və Mədinəni mənə müayinə (aşkar) göstərsə, gerçək övliyadır, yoxsa yox. Elə fikirləşən kimi tələbim hasil oldu. Yəni, sağ əlinin iki barmağını aralayaraq, buradan bax dedi. Mən baxdıqda bu şəhərlər göründü. Sonra buyurdu: “Get, daha gəlmə”. Mövlanənin ki, haqlığı bilindi, xalq Hacı Məhəmməd Səid Əfəndini vəkil edib, onun qulluğuna göndərdilər. O, Mövlanəyə dedi: “Adamlar sənə salam göndərdilər, dedilər ki, eşitmişik bəy həqq təriqət gətiribdir. Necə olsun gərək?”O da dedi ki, “Bu haqq təriqət hər adamın işi deyildir. Neyçün ki, uzun işdir”. Məhəmməd Səid Əfəndi dedi: “Bəs biz zəlalətdə qalaq? Bizə bir çarə”.Buyurdu: “Doğrudur, zəlalətdə qalmaq olmaz”. Biz fəqirlər uzaqdan baxırıq ki, yanına gəlib, gedənlər qəbir əhlindən kəşflə xəbər verirlər. Onlardan xəbər aldıq: “Sizdə bu hal necə zahir oldu?” Onlar dedilər: “Bu yolda çox əziyyət çəkdik”. Soruşduq: “Heç bir adam buna taqət gətirə bilməzmi?” Dedilər: “Allah qismət etsə olar”.Soruşduq: “Bəs necə edək ki, əhli əzab olmayaq?” Dedilər: “Mövlanəyə mürid olmaqla mümkündür”. (İbrahim əfəndinin arxivindən)1813-cü ildə Rusiya ilə İran arasında Gülüstan müqaviləsi bağlandıqdan və Azərbaycan bu iki dövlət arasında bölündükdən sonra, Mövlanə və onun müridlərinə qarşı təzyiqlər başlandı. 1825-ci ildə Qafqaz canişini Yermolovun əmri ilə İsmayıl Şirvaninin iki müridi – Bölükənd mahalı Cəyli kəndlindən Hacı Məmməd Nəbi Əfəndi və Zərdablı molla Əhməd əfəndi Rusiyanın mərkəzi vilayətlərinə sürgün edildilər (sonralar molla Əhməd Əfəndi sürgündən qaçaraq, Türkiyədə şeyxinə yetişmiş və burada Hacı Əhməd Qiyasi Əfəndi Şirvani kimi tanınmışdır).Bu hadisələrdən sonra Mövlanə İsmayıl Şirvani Kürdəmirin Şıxımlı kəndindən Türkiyənin Axıska vilayətinə, 1828-ci ildə isə, Amasiya şəhərinə köçdü. Bu zaman onu çoxlu sayda müridi müşayət edirdi.İsmayıl Şirvani 1848-ci ildə vəba xəstəliyindən vəfat etdi. Amasiya yaxınlığındakı Şamlar qəbirstanlığında dəfn olundu. Hazırda qəbri üzərində 1869-cu ildə oğlu Ştirvanzadə Mehmet Rüşdi Paşa tərəfindən tikilən türbə və məscid kompleksi hələ də qalmaqdadır.Mövlanə dünyasını dəyişəndə dörd oğlu, bir qızı qalmışdır ki, adları aşağıdakı kimidir:1. Şirvanzadə Mehmet Rüşdi Paşa – 1828-ci ildə Amasiyada anadan olmuşdur. Müxtəlif illərdə Şam valisi, Suriya valisi, Maliyyə Naziri, Daxiliyyə Naziri, nəhayət Osmanlı sultanı Sultan Əbdüləzizin hakimiyyəti dövründə Baş Nazir vəzifəsinə qədər yüksəlmişdir.2. Əbdülhəmid Əfəndi – Kürdəmirdə doğulmuş, 1846-cı ildə Amasiyada suda boğularaq ölmüşdür.3. Əhməd Hülusi Əfəndi – 1833-cü ildə Şirvanda anadan olmuş, İstanbul qazisi vəzifəsinə qədər yüksəlmiş, 1888-ci ildə Amasiyada vəfat etmişdir.4. Mustafa Nuri bəy – 1844-cü ildə Amasiyada anadan olmuş, 1897-ci ildə vəfat edərək Fateh qəbristanlığında dəfn edilmişdir.5. Hacı Şərifə Fatma xanım – Hacı İsa Ruhi Əfəndinin zövcəsi olmuşdur.(ardı var) Paşa Yaqub – tədqiqatçı-yazıçıQeyd: yazıda istifadə edilmiş şəkillər  Məhəmməd Məhəmmədcəlil və  Fariz Xəlillinin müəllifi olduqları – “Mövlanə İsmayıl Siracəddin Şirvani” kitabından götürülmüşdür. Bakı, “Adiloğlu” nəşriyyatı, 2003.Yazarın arxivi: http://www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler