Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

BANM-in telebelerine “Neftçiler günü”nde noutbuklar verildi

21 Eylül 2016

7:56 am


21/09/2016 [11:54]: xeber –
Bakı Ali Neft Məktəbində (BANM) 20 sentyabr “Neftçilər günü”nə həsr edilmiş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov Ümummilli lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan neftçilərinin peşə bayramı günü kimi təsis edilmiş “20 sentyabr – Neftçilər günü” münasibətilə Azərbaycan neftçilərini, o cümlədən BANM-in professor-müəllim heyətini və tələbələrini təbrik etdi. Rektor Elmar Qasımov Azərbaycan dövlətinin yürütdüyü uğurlu neft strategiyasından bəhs edərək “Əsrin müqaviləsi”nin ölkəmizin neft sənayesinin tarixində mühüm bir hadisə olduğunu dedi. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən siyasətin əsasında neft strategiyasının vacib yer tutduğunu vurğuladı. Elmar Qasımov neftçi peşəsinin azərbaycanlıların ənənəvi peşə sahəsi olduğunu deyərək bu gün ölkəmizdə yüksək ixtisaslı, ingilisdilli, peşəkar kadrların hazırlanmasında məhz Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Ali Neft Məktəbinin rolundan danışdı. O, dedi ki, neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində bu Ali Məktəb nümunə kimi göstərilə bilər. Bu il BANM-ə daxil olan tələbələr və onların valideynlərini salamlayan rektor övladlarının bu Ali Məktəbə qəbul olması münasibətilə bir daha onları təbrik etdi. Rektor BANM-in tarixi, inkişaf perspektivləri, beynəlxalq əlaqələri, xarici ölkələrin universitetləri ilə əməkdaşlığı haqqında söz açdı. Ali Məktəbdə Böyük Britaniyanın Heriot Vatt Universitetinin tədris proqramlarının tətbiq olunduğunu vurğuladı. Elmar Qasımov gələcəkdə bu Ali Məktəbin məzunlarının şərəfli neftçi peşəsini ləyaqətlə davam etdirəcəklərinə əmin olduğunu bildirdi.Sonda bu il qəbul olan tələbələrə noutbuklar təqdim edildi.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler