Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

BANM-in telebeleri “Neftçiler günü”ne hesr olunmuş “İntellektual sefer” edibler

08 Eylül 2016

10:24 am


08/09/2016 [14:22]: xeber –
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri BANM-in İntellektual Oyunlar Klubunun təşkilatçılığı, o cümlədən REDUCO Təhsil Mərkəzinin dəstəyi ilə 20 sentyabr – “Neftçilər günü”nə həsr olunmuş “İntellektual səfər” layihəsini həyata keçiriblər.Layihə Qəbələ şəhərinin Nic kəndində həyata keçirilib. Layihə çərçivəsində tələbələr arasında “Nə? Harada? Nə zaman?” formatda intellektual oyun, Azərbaycan Kub Assosiasiyasının təşkilatçılığı ilə 3×3 formatda “Rubik kubu” yarışı, “Dart oyunu” və digər oyunlar təşkil olunub. Oyunların sonunda qaliblər müəyyənləşiblər və onlara hədiyyələr təqdim olunub.Nəticələrə əsasən, “Nə? Harada? Nə zaman?” formatda intellektual oyunun qalibi “Trump”s team” komandası, “Rubik kubu” oyununun qalibləri Nicat İsmayılov (I yer), İbrahim Şərifov (II yer) və Vüqar Həsənov (III yer), “Dart oyunu”nun qalibləri isə Elmir Əbilov, Elçin Allahverdili və Hacalı Bayram olublar.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler