Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

BANM-in telebeleri “Neft Daşları”nda tecrübede – Fotolar

20 Temmuz 2016

8:04 am


20/07/2016 [12:01]: xeber –
Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” üzrə ll, lll və lV kursda təhsil alan 25 tələbəsi tədris ili ərzində əldə etdikləri nəzəri biliklərinin zənginləşdirilməsi məqsədilə “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsində (“Neft Daşları” NQÇİ) tanışlıq və istehsalat təcrübəsi keçirlər.Təcrübə proqramı çərçivəsində “Neft Daşları” NQÇİ-nin rəisi Qoçalı Mahmudov, idarənin sosial işlər üzrə rəis müavini Zeynal Abdullayev, təcrübə proqramına rəhbərlik edən “Neft Daşları” NQÇİ-nin Neftin, qazın hasilatı və nəqli üzrə istehsalat şöbəsinin rəisi Zabit Əhmədov və idarənin digər əməkdaşları tələbələrlə görüşərək onlar üçün yaradılmış təcrübə şəraitindən danışıb və onlara müvafiq təlimatlar veriblər. Həmçinin görüşdə, BANM tələbələri üçün yaradılan imkanların və verilən praktiki biliklərin onların gələcək karyeralarında olan əhəmiyyətindən bəhs edilib. Tələbələrə platformadakı quyular və təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat verilib.Qeyd edək ki, təcrübə müddətində BANM tələbələri “Neft Daşları” NQÇİ-nin yataqxanasında onlar üçün ayrılmış otaqlarda qalırlar.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler