Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

BANM-de “Genc Robot Mühendisler” layihesinin   teqdimatı keçirildi – FOTOLAR

13 Ekim 2016

9:00 am


13/10/2016 [12:57]: xeber –
sayt xəbər verir ki, Bakı Ali Neft Məktəbində  (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsinin qalibi, “Proseslərin avtomatlaşdırılması mühəndisliyı” ixtisasının IV kurs  tələbəsi Kərim Kərimovun Azərbaycan Respublikası Gənclər Fondunun qrantı əsasında  “Gənc Robot Mühəndislər” layihəsinin   təqdimatı keçirilib.  BANM-in rektoru Elmar Qasımov tədbiri giriş sözü ilə açaraq layihə iştirakçılarını salamladı və  “Robototexnika”nın Azərbaycanın iqtisadiyyatı üçün vacib bir istiqamət olduğunu bildirib. Sonra NASA-da çalışmış məşhur Azərbaycanlı gənc alim Teymur Sadıxov layihə iştirakçıları qarşısında məruzə ilə çıxış edib.  Qeyd edək ki layihə çərçivəsində Bakı şəhərində müxtəlif universitetlərdə təhsil alan I və II kurs tələbələri arasından seçilmiş 20 iştirakçıya (hər bir komandada 4 nəfər olmaq şərti ilə 5 komanda) “Robototexnika”nın nəzəri və təcrübi istiqamətləri barədə  əyani metodiki  vəsaitlərlə  5 günlük seminar keçiriləcək və seminarların son günündə komandalar arasında yarışma təşkil olunacaq. Yarışmada  komandalara  müxtəlif  hissələrdən robot hazırlanması tələbi qoyulacaq və  ilk yer tutan komanda üzvlərinə  metodiki elektronik hissələrdən ibarət hədiyyə paketi veriləcək. Onlar gələcəkdə həmin avadanlıqdan istifadə edərək öz biliklərini mütəmadi tətbiq etmək imkanı qazanacaqlar.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler