Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

BANM-de “Alternativ gelecekle elaqe” layihesi yekunlaşıb

06 Ekim 2016

9:36 am


06/10/2016 [13:35]: xeber –
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (AREA) və “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin tərəfdaşlığı və Bakı Ali Neft Məktəbinin (BNM) təşkilati dəstəyi ilə keçirilən “Alternativ gələcəklə əlaqə” layihəsi yekunlaşıb. BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, layihənin bağlanış mərasimində  Bakı Ali Neft Məktəbinin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov, “Ömürboyu təhsil” fakültəsinin dekanı Rəna Mustafayeva iştirak ediblər. Layihədəki iştirakını uğurla başa vurmuş jurnalist və tələbələrə sertifikatlar təqdim olunub.Qeyd edək ki, layihənin üçüncü günündə Alternativ və Bərpa olunan Enerji Dövlət Agentliyinin quraşdırdığı və idarə etdiyi Suraxanı Günəş Elektrik Stansiyasına iştirakçıların səfəri təşkil edilib. İştirakçılara stansiyanın gördüyü işlər və ümumi günəş panellərindən alınan enerji haqqında təlimçilər tərəfindən məlumatlar verilərək gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr təqdim olunub. Xatırladaq ki, “Alternativ gələcəklə əlaqə” layihəsinin əsas məqsədi biliyə əsaslanan iqtisadiyyata keçid həllərinin müəyyən olunması, mətbuat vasitəsilə alternativ enerji, nanotexnologiya haqqında ətraflı məlumatı Azərbaycanın vətəndaş cəmiyyətinə çatdırmağa stimul vermək, Azərbaycan gəncliyinin davamlı inkişaf etməsi üçün təcrübə və potensial gələcəyin öyrənilməsi, kütləvi informasiya vasitələrində davamlı olaraq göstərilən istiqamətlərdə məqalələrin, tədqiqat yazılarının dərc olunmasına kömək göstərməkdir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler