Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bankların müsadire kelleyi

14 Ekim 2016

7:04 am


14/10/2016 [11:02]: xeber –
Ölkədə ağırlaşan sosial-iqtisadi vəziyyət fonunda problemli kreditlərin
sayının kəskin surətdə artdığı hər kəsə bəllidir. Artıq problem elə həddə çatıb
ki, bu problemi fərdi şəkildə banklar vasitəsi ilə həll etmək belə minlərlə
borclusu olan banklar üçün də mümkünsüz məsələyə çevrilib. Odur ki, bank mütəxəssisləri
borclulardan pul almağın “daha sadə”, “qısa” yollarını araşdırmaqda, ən müxtəlif
kələk və təzyiq vasitələrinə əl atmaqdadır.

Yeni “kəşf edilən” edilən bu yollardan biri də kredit götürən şəxsə
zamin duran adamları müsadirə adı ilə qorxutmaq, onları borclu ilə üz-üzə
qoymaq, pulun banka qayıdışını bu şəkildə təmin etməkdir.

Belə ki, sayt-a etibarlı mənbədən daxil olan məlumata görə, son
vaxtlar bəzi bankların əməkdaşları kredit borcunu ödəyə bilməyən şəxslərə zamin
duran adamların evlərinə yolanaraq onlara mənzildəki əşyaları siyahıya almaq üçün
gəldiklərini bildirir, kredit götürən şəxs borcu ödəyə bilmədiyi üçün borcun
zaminlər tərəfindən ödəniləcəyini iddia edir. Bank əməkdaşlarının təşkil etdiyi
bu tamaşada əsas məqsəd isə zaminləri qorxutmaq, onlara “vəziyyətin ciddiliyini”
başa salmaq, onların zamin durduqları şəxsə təzyiq göstərməsinə nail olmaqdır.

Mənbənin sözlərinə görə, banklar yenicə dəbə minən bu kələyin bəzi
hallarda xeyrini görsə də, bütövlükdə bu oyun kredit götürən şəxslərlə zaminlər
arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Pulu ödəmək iqtidarında
olmadığını bildirən borclu ilə “sənə görə evimin əşyaları niyə müsadirə
olunmalıdır” məntiqi ilə çıxış edən zaminlərin bir-birini anlaması nadir
hallarda baş verir ki, bu da bütövlükdə cəmiyyətdə gərginliyin artması, borclu və
zaminlər arasındakı vəziyyətin mürəkkəbləşməsi ilə nəticələnir.

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler