Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Banka”lı oğlan Rioda 3-cü qızılını qazandı -Foto

10 Ağustos 2016

7:12 am


10/08/2016 [11:08]: xeber –
Əfsanəvi idmançı Maykl Felps olimpiya oyunlarında qazanılan qızıl medalların sayında yeni rekord müəyyənləşdirib.ABŞ üzgüçüsü Rio-2016-da daha iki çempionluq sevinci yaşayıb.Bunadək 19 qat Olimpiya çempionu olan Felps əvvəl batterflyay üsulu ilə 200 metr məsafəyə üzməkdə hamıdan güclü olub. Ardınca isə sərbəst üsulla 4×200 m yarışlarında ABŞ millisinin heyətində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, onun Rio-da 3-cü qızılı olub. Amerikalı üzgüçü 4×100 m yarışında da ABŞ yığması ilə çempionluq yaşamışdı.Bununla da Felps Olimpiya Oyunları tarixində ən çox çempionluq və medal qazanan idmançı kimi rekordunu yeniləyib.Qeyd edək ki, Felps Afina-2004-də 6, Pekin-2008-də 8, London-2012-də 4, Rio-2016-da 3 qızıl medal qazanıb. Bundan başqa, 2 gümüş və 2 bürüncü də olan Felpsin ümumi medallarının sayı 25-ə çatıb.(Apasport.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler