Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bank Standard”ın müşterileri: Saytınız vasitesile müraciet edirik…

11 Ekim 2016

10:16 am


11/10/2016 [14:14]: xeber –
Bu gün qapadılan “Bank Standard”da depozitləri olan bir qrup şəxs bankın Nizami küçəsində yerləşən ofisi önünə toplaşıblar. sayt – ın verdiyi xəbərə görə, insanlar bankdakı pullarını çıxarmaq istəyirlər. Hadisə yerində olan əməkdaşımız bankın müştəriləri ilə danışmaq istəsə də bir çox müştəri bank barədə nəsə demək istəmədiklərini dedilər. Onlar bildirdi ki, bank barədə nəsə deməklə pullarını birdəfəlik itirə bilərlər. Yalnız bir müştəri adının açıqlanmaması şərti ilə danışmağa razılıq verdi:“Hazırda bankda 65 min azn pulum var. Bu məbləği 5 illik müddətə banka qoymuşdum. 2 il  8 aydır ki, pulum bankdadır. Banka bu boyda pul qoyduğuma görə məni zəngin birisi hesab edərsiz. Amma bu pulu atamdan qalan evi sataraq əldə etmişdim. Özüm ayda 300 azn maaşa işləyirəm banka qoyduğum pulun faizi ilə də birtəhər dolanırdıq. Devalvasiyalar baş verdikdən sonra pulu çıxarmaq istəsəm də şərtlər məni qane etmədi. Düzdür, qoyduğum məbləğ sığortalanıb. Amma hamının içində bir narahatlıq var. Bilmirik pulumuzu nə vaxt tam olaraq çıxara biləcəyik. Bankdan da bildirirlər ki, pulu verəcəklər, amma dəqiq tarixi demirlər. Bu bir neçə il də çəkə bilər. Bütün əlaqədar qurumlara sizin sayt vasitəsi ilə müraciət edərək bildirmək istəyirəm ki, bizim əmanətləri qaytarmaqda bizə köməklik göstərsinlər.”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler