Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bank rehberlerine qarşı cinayet işi açılmalıdır”

02 Temmuz 2016

7:44 pm


02/07/2016 [23:43]: xeber –
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan facebook profili vasitəsi ilə məlumat paylaşaraq bildirib ki, Tovuzda banka borcu olan 3 uşaq atası intihar edib. Hadisə barədə sayt -a danışan ALP sədri bildirdi ki, bank rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır:“Məsələ burasındadır ki, bunu hansı bankın edib etməməyi müzakirə mövzusu deyil. Bütün banklar insanlara eyni cür yanaşır. Onları intihar həddinə çatdırırlar. Mən hüquqşunasam, hüquq normaları onu deyir ki, əgər bir şəxs banka olan borcunu ödəmək iqtidarında deyilsə, işləmirsə yaxud da işləyir, qazancı yalnız dolanışığına bəs edirsə bu şəxsi sıxmaq, ona hədə-qorxu gəlmək doğru deyil. Bunun özü cinayətdir. Bu gün Azərbaycanda banka borcu olduğundan intihar etmiş hər bir şəxsə görə bank rəhbərliyi məsuliyyət daşıyır. Bu bank rəhbərlərinə qarşı cinayət işi açılmalıdır. Təsəvvür edin ki, insanlar intihar edir, onları intihara sürükləyən səbəb də məlum olur. Amma intihar həddinə çatdırma maddəsi ilə heç kim məhkum olunmur.”




Xəbərə 1 şərh yazılıb.

  1. ixtiyar, 03 Temmuz 2016:

    bank yiyələrin çox vecinə adam öldü yoxsa pişik

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler