Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Baltaya başıyla cavab veren qadınlar…

28 Haziran 2016

6:44 pm


28/06/2016 [22:36]: xeber –
Ötən ay kəndimizdə ər arvadını bıçaqladı, keçən həftə isə daha bir ər keçmiş həyat yoldaşını və oğlunu baltaladı. Hər iki hadisə bizim kəntdə baş verdi. Baş verən iki hadisədən sonra anladım ki, bizim kəntdə elə qadın olmalısan ki, bədənin bıçaq, başın isə balta zərbələrinə tab gətirməlidi. Başa düşmədiyim məsələ isə keçmiş həyat yoldaşını baltalayan ərin, həm də öz oğlunu baltalamasıdı. “Ər” – sözü ədəbiyyatda igid, cəsur kimi mənalar verdiyinə görə indi xəbər saytlarında “Ər arvadını bıçaqladı” kimi xəbər başlıqlarını qəbul edə bilmirəm. Çünki o vaxtki “ərlər” qadına qarşı nə bıçaq, nə də balta ilə cavab veriblər.Yenə qayıdım həmin məsələyə ki, arvadını baltalayan ərin oğlunu baltalamasına. Əslində burda ola bilsin ki, uşaq anasını müdafiə etdiyi üçün o da zərbələrə tuş gəlib. ABŞ yazıçısı Edqar Po – nun “Qara pişik” hekayəsində belə bir yer var: “Depressiyaya düşən adam evdə Pluton adlı qara pişiyini evin zirzəmisinə apararaq orada baltayla öldürmək istəyir. Araya adamın həyat yoldaşı girdiyi üçün adam daha da əsəbiləşir və baltayla öz həyat yoldaşının başına zərbə endirir. Zərbənin təsirindən qadın ölür. Nə edəcəyini bilməyən adam qadının meyidini evin zizəmisindəki divarın kərpiclərini çıxararaq ora yerləşdirir və divarı yenidən hörür. Sonra öldürmək üçün pişiyi axtaranda tapa bilmir. Ürəyi rahat olur ki, pişik yoxdu və bu cinayəti heç kim bilməyəcək. Amma, sonunda evə gələn polislərlə evin zirzəmisinə enəndə adam görür ki, pişiyi də qadını ilə birlikdə divara hörüb”. Baltalanan o uşağın taleyi eynən bu pişiyin taleyinə bənzədi.Mustafa Kılıç “Qadınlar nə istəyir, kişilər nə verir” kitabında yazır ki: “Ünsiyyətdə gender fərqinə görə qadınlar məlumatları bölüşmək, qarşısındakı insanı dinləmək, qərar vermək və problemlərə yanaşmaq baxımından kişilərdən fərqlənirlər”.Kişilər istəyir ki: “Qadınlar onları çarəsizlikdən (maddi və ya mənəvi) yox, sadəcə istədikəri üçün seçsinlər. Qadınlar onları arzulasınlar və onlara ehtiyac duysunlar. Qadınların özlərinə aid bir kimlikləri olsun”.Vasif ƏlihüseynVasif Əlihüseyn – yazarın arxivi




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler