Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Balqabaq bayramı – maskalanmış satanizmdir…”

30 Ekim 2016

6:44 am


30/10/2016 [10:42]: xeber –
Rusiya Prokurorluğu ölkədə Hellouin bayramının qadağan edilməsi bağlı məsələyə baxacaq. sayt bu haqda rusdilli islam saytlarına istinadla məlumat  verir. Müvafiq təkliflə hüquqşünas  Yaroslav Mixaylov çıxış edib. O, hesab edir ki, Hellouin Rusiya qanunvericiliyinə ziddir.  Bir sıra din nümayəndələri də  bu tədbirin qadağan edilməsi barədə təşəbbüsü dəstəkləyəcəklərinə söz veriblər.Rusiyanın düşünən adamları Helouini xalqların ənənəvi dəyərlərinin məhvinə yönəlmiş ruhi və mədəni təcavüz vasitəsi kimi qəbul edir. “Hellouin bayramı mahiyyətcə müxtəlif, guya əyləncə məqsədi daşıyan əcaib kostyumlu məxluqların tamaşası və yürüşü adı altında gizlənmiş məişət satanizmidir”. Qeyd edilir ki, Rusiyanın pravoslav və İslam dini nümayəndələri dəfələrlə  Hellouninın keçririlməsinə qarşı çıxış ediblər.Xatırladaq ki, Hellouin – Amerika və Avropada hər il 31 oktyabrda qeyd edilən balqabaqlar bayramı kimi təqdim edilir. Bayram müasir Böyük Britaniya və İrlandiya ərazisində yaşayan Şotland xalqı Keltlərin adətləri əsasında hazırlanmışdır. Bu bayram hal-hazırda dünyanın müxtəlif ölkələrində qeyd edilir. Başlıca olaraq ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, Asiya qitəsində yerləşən Sinqapur, Cənubi Koreya, Yaponiya, Okeaniyada yerləşən Avstraliya, Yeni Zelandiya və bir çox dünya ölkələrində təntənəli şəkildə keçirilir. İslam ölkələrinin çoxunda bu bayram qeyd edilmir və rəsmən qadağan edilib. 2014-cü ildə Malayziyanın Ali Dini qurumu olan Milli Fətva Şurası Hellouinin xristian bayramı olduğunu xatırladaraq, bayram mərasiminin ölüm və ölülər mövzusuna kökləndiyini, bunun “Islam təlimlərinə qarşı” olduğunu görə bayramı qadağan edib. Həmin ildə İordaniya krallığın Daxili İşlər Nazirliyinin açıqlamasında “Hellouin” bayramının Qərb mədəniyyətinin tərəfdarları və əleyhdarları arasında gərginliyə və qarşıdurmaya səbəb olduğundan bayramı qadağan edib. Azərbaycanda Hellouin ekzotik və mübahisəli bayram sayılır. Qərb KİV-i və qərbmeyilli qeyri-hökumət təşkilatları bayrama qarşı münasibəti tədricən dəyişməyə və Hellouini Azərbaycanda  da ictimai tədbirlər sırasına daxil etməyə çalışırlar. 2014-cü ildə  BBC-nin Azərbaycanda keçirilən Hellouin barədə sorğusu bir çox izləyici tərəfindən cavablanıb. “Hellouin partisinə gedəcəksinizmi? Bu günü qeyd edirsinizmi?” suallarına çoxunun reaksiyası mənfi olub. Bu da həmin bayramın istər milli, istər dini ənənələrimizə uyğun gəlməməsindən, Hellouinin əcaib tədbirlərinin normal insanda mənfi assosiasiyalar oyatmasından irəli gəlir.Sultan Laçın 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler