Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bakiya tirtilli ambulanslar getirildi – Foto

02 Aralık 2016

7:40 am


[r32]
– xeber –
Bakıya yeni təcili yardım avtomobilləri gətirilib. Bu maşınlar paytaxta güclü qar yağanda xəttə buraxılacaq.
Bu barədə Teleqraf.com-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.
Baş həkimin sözlərinə görə, bu avtomobillər qış aylarında qarlı-buzlu yollarda xəstələrə vaxtında yardım göstərmək məqsədi daşıyır:
“Stanisyanın ixtiyarına 3 ədəd tırtıllı təcili yardım maşını verilib. Avtomobillər qar örtüyü 40 santimetrdən yüksək olan yollarda hərəkət edəcək. Bu nəqliyyat vasitələrinin özəlliyi ondan ibarətdir ki, tırtıllı təkərləri ilə buzlu havada, qalın qar təbəqəsi olan yollarda rahat hərəkət edə biləcəklər”.
Rauf Nağıyev bildirib ki, avtomobilin xarici görünüşü digər təcili yardım maşınlarından fərqlənir:
“Ölçüsü kiçikdir, amma özünəməxsus özəllikləri var. Yəni, xəstəyə ilkin tibbi yardım üçün masının salonu bütün lazımi avadanlıqlarla təchiz olunub. Xüsusi sistemi var, istənilən vaxt tırtılları çıxarıb, adı təkərlər qoşmaq olar. Avtomobil Yaponiya istehsalıdır”.
Baş həkim bildirib ki, bundan əlavə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasıyalarına hər iki oxu çəkən avtomobillər də paylanılıb: “Bu nəqliyyat maşınları dağ və dağ ətəyi zonalara vermişik ki, qar yağarsa, buzlu yollarda hərəkət edə bilsin”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler