Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bakıya gelen ermeni fealların çıxışları İrevanda -Şok yaradıb

09 Kasım 2016

7:36 pm


09/11/2016 [23:34]: xeber –
Erməni publisist Vahe Avetyan, Ermənistanın “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyan  “Meridian” qeyri-hökumət təşkilatının sədr müavini, jurnalist Suzanna Caqinyanın Bakıya gələrək Qarabağdakı cinayətlərə görə erməni xalqı adından Azərbaycan xalqından üzr istəmələri, Sərkisyan rejiminə qarşı sərt bəyanat vermələri işğalçı ölkədə şok effekti yaradıb. Elə buna görədir ki, Ermənistan mətbuatı erməni fəalların ifşa kampaniyasını “görməzliyə” vuraraq, əvəzində Azərbaycandakı vəziyyətin “ağır” olması ilə bağlı materialları tirajlayır. Erməni KİV-ləri çalışır ki, adıçəkilən şəxslərin İrəvana yönəlik çıxışları, erməni xalqını fəlakətlərlə üz-üzə qoymuş cinayətkar rejimin siyasətinə qarşı etdiyi çıxışlardan xəbərdar olmasınlar. Maraqlısı odur ki, bir sıra erməni media orqanları Erməni publisist Vahe Avetyanın oktyabr ayında Bakı aeroportundan qaytarılmasın ilə bağlı materiallar dərc edib Azərbaycanın ermənilərə qarşı guya “sərt münasibətdə” olması barədə şou yaratmağa çalışdıqları halda, bu, dəfə Avetyan və digər iki erməni fəalın Bakıdakı sərbəst fəaliyyəti, erməni kilsəsində olmaları, burada yaraşan erməni ailələri ilə görüşləri barədə bir kəlmə də olsun yazmırlar.  Heç şübhəsiz ki, Sərkisyan rejimi onu ifşa edən materialların, Ermənistan və Qarabağ ermənilərini ayıldan yazıların tirajlanmasını qadağan edib.Azərbaycana qarşı qaralama kampaniyasını aparan Ermənistan tərəfi növbəti şouya başlayıb. Belə ki, erməni hüquq müdafiəçiləri Avropa İnsan Haqları Məhkəməsinə 2014-cü ilin avqustunda Azərbaycanda ürəktutmasından ölən əsir Karen Petrosyanla bağlıı şikayət göndəriblər. Musavat.com-un Ermənistan mediasına istinadən verdiyi məlumata görə, bu barədə hüquq müdafiəçisi Artak Zeynalyan açıqlama verib. Onun sözlərinə görə, iddia ərizəsində “yaşamaq hüququnun pozulması” iddiası öz əksini tapıb. Qeyd edək ki, 2014-cü ilin 7 avqustunda Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərmişdi. Düşmən qrupunun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilmiş, daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini, 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən ələ keçirilmişdi. Azərbaycan Müdafiə Nazirliyi isə o zaman rəsmi açıqlamasında bildirmişdi ki, avqustun 8-də səhər saatlarında dəstənin ələ keçirilmiş üzvü Karen Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib. İlkin ehtimal kimi Petrosyanın ölümünə kəskin ürək-ağciyər çatışmazlığı, kəskin miokardial çatışmazlığının səbəb olduğu bildirilirdi. Görünən budur ki, Azərbaycana qarşı soyqırımı törətmiş, ölkənin ərazilərini işğalda saxlamaqda davam edən Ermənistan tərəfi Azərbaycanı günahlandırmaq üçün heç bir arqument tapa bilmədiyi üçün “köhnə küllük”ləri eşərək, adi ölüm hadisəsinə görə beynəlxalq miqyasda məhkəmə davası açmaqla öz cinayətlərini unutdurmaq istəyir.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler