Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bakireliyimi verdiyim oğlan qezada öldü, sonra türkle oldum” -Azerbaycanlı telebe

24 Haziran 2016

4:20 pm


24/06/2016 [20:18]: xeber –
Əfsanənin (ad şərtidir – İ.V.) 21 yaşı var. Atası ukraynalı, anası isə Şəmkir rayonundandır. Dediyinə görə orta məktəbi bitirib ali məktəbə qəbul olanda ağlına da gəlməzdi ki, bu günləri yaşayacaq:”Universitetdə ilk dərs günü idi. Binaya daxil oldum, amma hansı otağa, hara gedəcəyimi bilmirdim. Bir oğlandan soruşdum, aparıb göstərdi, dərs bitən kimi gəlib mənimlə maraqlandı. Adı Orxan idi, universitetin dördüncü kursunda oxuyurdu. Beləcə münasibətimiz başladı. Bir neçə ay dostluq etdik, məni dərsdən evə ötürdü. Sonra sevgili olduq”.Əfsanə deyir ki, Orxan ona evlilik təklif edir və ailəsi buna qarşı çıxır. Amma sevgililər münasibətlərini davam etdirirlər:”O, Bakıda kirayədə yaşayırdı. Bir neçə dəfə yaşadığı evə getmişdik, amma aramızda heç nə olmamışdı. Günün birində hər şey başladı. Əslində o mənə toxunmaq istəmirdi, özüm istədim. Anama dedim ki, məni bir nəfər istəyir, etiraz etdi ki, hələ tələbəsən, oxuyursan. Baş verənləri ona danışdım. Dedim ki, artıq bakirəliyimi itirmişəm. Atam da məsələdən xəbər tutan kimi məni universitetdən çıxardılar”.Əfsanənin sözlərinə görə, valideynləri onu universitetdən çıxartsa da, Orxanla əlaqəni kəsmir. Qəhrəmanımız növbəti il valideynlərinin razılığını alaraq ali məktəbə sənəd verir. Bu dəfə Türkiyədəki ali məktəblərdən birində təhsil almaq hüququq qazanır:”Orxanla əlaqələrimiz var idi, telefonla danışırdıq. Günlərin birində eşitdim ki, o, avtomobil qəzasında dünyasını dəyişib. Təxminən 7-8 ay ağır depressiyada oldum, heç kimi danışdırmadım. Bircə onu bilirdim ki, ölmək istəyirəm. Çünki Orxansız çox çətin idi”.Nəhayət Əfsanə depressiyadan çıxır. Amma bu çıxış da növbəti depressiya üçün ilk addım imiş:”Türkiyədə oxuyurdum. Artıq vəziyyət o həddə çatmışdı ki, çantamı yığıb Bakıya qayıtmaq istəyirdim. Mənə elə gəlirdi ki, Orxan sağdır, amma onun dünyasını dəyişdiyi hər dəfə yadıma düşəndə, qayıtmaqdan vaz keçirdim. Ortaq tanışlarımızın olduğu bir nəfərin mənimlə maraqlandığını, münasibət qurmaq istədiyini bilirdim. Çox yaraşıqlıydı, ancaq Orxandan sonra bu qərarı vermək mənə çox çətin idi. Nə qədər çətin olsa da, onunla görüşməyə razılıq verdim. Amma beş aydan sonra o da məni tərk etdi. Onun Almaniyaya getməsi məni yenidən depressiyaya saldı. Qışda Bakıya gələndə valideynlərim gördülər ki, halım yaxşı deyil. Məni həkimə apardılar, müayinədən keçdim. Məlum oldu ki, ağ ciyərimdə xərçəng var. Hazırda xəstəliyimin müalicəsini burada davam etdirirəm, hər ey yaxşılığa doğru gedir. Amma tam sağalsam belə, həyat çox maraqsızdır. Çünki Orxansızam”.//Ölkə.az




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler