Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bakım menim…

08 Kasım 2016

4:28 pm


08/11/2016 [20:24]: xeber –
sayt nəğməkar şair Vüqar Əhmədin “Bakım mənim” şerini oxuculara təqdim edir:BAKIM MƏNİMBu torpağa ibadətim, Bu dünyaya səyahətim. Ömrüm, günüm, səadətim, Bakım mənim, Bakım mənim.Uşaqlığım, dəcəlliyim, Həm qocalıq, həm gəncliyim. Ey əbədi bir gəncliyim, Bakım mənim, Bakım mənim.Üç gözəl var, bir bilsəniz, İstanbuldu, Bakı, Təbriz. Yaşamaram Bakı sənsiz, Bakım mənim, Bakım mənim.İç dünyam – İçərişəhər, Qız qalasın dünya sevər, Çox gözəldi gecə, səhər, Bakım mənim, Bakım mənim.Ölkəmizin ürəyisən, Bu millətin gərəyisən, Neft ətirli çörəyisən, Bakım mənim, Bakım mənim.Gedib gəzsək biz hər yanı, Seyr eləsək bu dünyanı. Əvəz etməz el-obanı, Bakım mənim, Bakım mənim.Köhnə məhlə, köhnə küçə, Dalanlardan keçə-keçə. Bulvar dolu hər gün gecə, Bakım mənim, Bakım mənim.Çox qədimdi abidələr, Şirvanşahlar deyir nələr. Şeir, muğam, qəzəl deyər,Bakım mənim, Bakım mənim.Duyanların səni sevir, Səndə yadlar qalmır, gedir, Zər qədrini zərgər bilir, Bakım mənim, Bakım mənim.Ayrı düşsəm əgər səndən, Baş açmaram kədər, qəmdən. Vüqar Əhməd deyir qəlbən: – Bakım mənim, Bakım mənim.1995-ci il


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler