Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bakıdan Qarsa bu qatarla gedeceyik – FOTOLAR

22 Eylül 2016

4:56 am


22/09/2016 [08:52]: xeber –
İsveçrənin Stadler Rail Group şirkəti Berlində keçirilən InnoTrans 2016 sərgisində Bakı-Tbilisi-Qars dəmir yolu xəttində istifadə ediləcək sərnişin vaqonunu nümayiş etdirib.                      Şirkətin nümayəndəsi Paul Qess Trend-ə bildirib ki, qatarın sürəti saatda 160 kilometrdir və 2017-ci ildə BTQ layihəsinin işə düşməsi ilə istismara veriləcək. Stadler ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən BTQ üçün 30 vaqon hazırlanacaq. Paul Qess bildirib: “Onlardan 18-i 4 yerlik kupelərdən ibarət ikinci klass, 3-ü ikiyerlik kupedən ibarət birinci klass vaqonlardır. Eləcə də əlillər üçün kupe və 28 nəfərlik vaqon-restoran var”. Vaqonlarda sərnişinlərin müasir məlumatlandırma sistemi, vakkum sistemli tualetlər (birinci klassda hər kupedə), duş (birinci klassda hər kupedə), kondisioner sistemi quraşdırılıb. Birinci klass vaqonların fotolarını təqdim edirik:


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler