Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bakıda yaşlı qadın ağaca şikayet etdi

14 Ekim 2016

7:48 am


14/10/2016 [11:46]: xeber –
sayt xəbər verir ki, dünən paytaxtda bir yaşlı qadın ağaca şikayət edirmiş.Bu təsirli və üzücü mənzərə ilə tanınmış ədəbiyyatçı, tənqidçi İradə Musayeva qarşılaşıb. Gördüyü hadisədən xeyli təsirlənən İ.Musayeva bu barədə öz feysbuk səhifəsində qeyd edib:“Dünən səhər işə gedəndə çox təsirləndirici bir mənzərə ilə rastlaşdım. Heyif ki, telefonla çəkmədim həmin mənzərəni. Bir yaşlı qadın əlində bir qalaq sənədləri yellədə-yellədə üzünü İçərişəhər metrosunun qarşısındakı hündür bir ağaca tutub ağlaya-ağlaya, qışqıra-qışqıra şikayət edirdi… Deyəsən məmurlardan, hansısa idarə rəhbərlərindən, dəqiq anlamaq olmurdu. Görünür şikayətlərinə baxılmır, ya nədirsə bilmədim…Amma mən oradan uzaqlaşdıqca qadının quru, əsəbi, kədərli səsini eşidirdim…Qadının səsi qırıq-qırıq gəlirdi: Cənab prezident… eşidirsən… mənim…”İ.Musayeva qadının köməyinə heç kimin gəlmədiyini, əksinə ətrafdakı gənclərin ona güldüyünü də bildirib:“Ətraf adamla dolu idi…Heç kimin vecinə də deyildi. Qadına gülə-gülə, lağyana baxan cavan uşaqlarrın sifəti, qadının qırıq, qırıq, heysiz, qüvvəsiz səsi yaddaşımda özünə yaman yer elədi…”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler