Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bakıda şagirdlere “yeni dinin peyğemberi” tebliğ edilib

02 Kasım 2016

4:24 pm


02/11/2016 [20:21]: xeber –
Azərbaycan Respublikası DİN mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi təşkilata gəncləri cəlb etməyə çalışan “Ocaq” (“İman evi”) dini sektanın ondan çox üzvünə qarşı iş üzrə araşdırma aparır. Bu barədə hüquq-mühafizə orqanlarında bildiriblər. Hüquq-mühafizəçiləri təriqət üzvlərinin izinə Biləcəri qəsəbəsində məktəblərin birində bir qrup adam yuxarı siniflərdə vətənpərvərlik mövzusunda məruzə oxumaq qərarına gəliblər. Məktəb direktoru mühazirəçilərin “İman evi”nin təsisçisi Asif Əfəndiyevin təlimini yaymaqla məşğul olacaqlarından şübhələnmədiyi üçün onlara dərs keçməyə icazə verib. Təriqət üzvləri isə yuxarı sinif şagirdlərinə Azərbaycanın həyat və yaradıcılığının təbliğ edərkən, sətir arası “Mütləqə inam” təlimindən də söz açıblar.    Bundan xəbər tutan direktor, Binəqdəi rayon polis idarəsinə məlumat verib. Təriqət üzvlərinin təliminə əsasən Asif Ata – yeni dinin peyğəmbəridir. Təriqətçilər özlərinin onun oğulları adlandırrılar. Ən maraqlısı isə odur ki, jurnallarda Əfəndiyevin təqdim etdiyi əlifba təqdim edilib. Bu gün həmin təşkilatın üzvləri öz gizli yazışmaları üçün həmin əlifbadan istifadə edirlər. Məlumdur ki, əməliyyat-axtarış tədbirlərinin gedişatında polis əməkdaşları çoxsayda ədəbiyyat və sektannı üzvlük biletlərini aşkar ediblər. Müsadirə edilən ədəbiyyat Dini birliklərlə iş üzrə Dövlət Komitəsinə ekspertizaya göndərilib.Qeyd edək ki, təriqətin yaydığı kitablarda həyat haqqında qəribə fikirlər yer alıb. (Sputnik-Azərbaycan)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler