Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bakıda restoranlar sahibi olan Hüseyn Böyükfırat Azerbaycana buraxılmadı…

13 Eylül 2016

7:48 pm


13/09/2016 [23:47]: xeber –
Bakıda “Böyükfırat” restoranlar şəbəkəsinin sahibi olan türkiyəli iş adamı ölkəsindən Azərbaycana gələrkən Dövlət Sərhəd Xidməti tərəfindən geri qaytarılıb. Gununsesi.info-nun xəbərinə görə, təxminən 15 gün əvvəl Türkiyəyə yollanan Hüseyn Böyükfırat anti-Gülən kampaniyası çərçivəsində qardaş ölkənin telekanallarında çıxış edib. Bundan başqa o, gülənçilərə bağlı məhkəmə proseslərində də ifadə verib. Xatırladaq ki, o,  ifadəsində Azərbaycanda Fətullah Gülənin güclü dayaqlarının olduğunu, onların Bakıda onu təhdid edərək, maliyyə tələb etdiklərini deyib.Ancaq  Fətullah Gülən əleyhinə çıxışlarına baxmayaraq, Hüseyn Böyükfıratın Azərbaycana buraxılmaması təəccübə səbəb olub.İş adamının özü ilə bağlı yaranmış vəziyyətə aydınlıq gətirməyə çalışsaq da ancaq onun telefonlarına zəng çatmadı.Qeyri-iş günü olduğundan Azərbaycanın rəsmi qurumlarından da münasibət öyrənmək mümkün olmayıb.Mövzuya qayıdacağıq.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler