Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bakıda kriminal milyarderin zeherli kere yağı biznesi

03 Ekim 2016

7:32 am


03/10/2016 [11:29]: xeber –
İlin əvvəlinə qədər gömrük monopoliyasına faktiki başçılıq edən, “Trans Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov barədə yeni məlumatlar daxil olub.  Məlumatlarda bildirilir ki, gömrük monopolisyasından  milyardlar qazanan Əbülfəz Məlikovun sabiq milli təhlükəsiz naziri Eldar Mahmudovla, hazırda məhkəməsi gedən, MTN generalı Akif Çocdarovla sıx münasibətləri olub: “Akif Çovdarovla o bir sıra iş adamlarının əmlakını əlindən alınmasında müştərək ssenari cızıblar. Çovdarovun qara siyahısında olan iş adamlarının gömrük sərhədlərində “narkotika ilə saxlanılması” işinə Ə.Məlikov rəhbərlik edib. Bu cür əməkdaşlıq müqabilində E.Mahmudovun seti baş brokerə həmişə yaşıl işıq yandırıb. Eyni zamanda E.Mahmudova yaxın şirkətlər ölkəyə gətirdiyi malllara görə gömrük rüsumu ödəməkdən qeyri-rəsmi azad ediliblər. Nəhayət, Ə.Məlikov yüksək dövriyyəsi olan iş adamları barədə Çovdarova məlumatlar ötürüb”.Mənbənin məlumatına  görə, E.Mahmudov işdən çıxarılandan və A.Çovdarov həbs ediləndən sonra Ə.Məlikov yığıdığı milyardların əksər hissəsini ölkədən çıxarıb və özü də bir müddət Avropaya gedib: “Yalnız ara sakitləşəndən sonra ölkəyə qayıdıb.  İlin əvəllində gömrük monopoliyası ləğv edildiyindən Ə.Məlikov hazırda qeyri-rəsmi gömrük imtiyazlarından faydalanmaqla idxal bazarında dominant mövqelərini qoruyub saxlayırlar. Hazırda Ə.Məlikov avtomobil təkərlərinin, xurma, düyü. kərə və duru yagların idxalına nəzarəti həyata keçirir”.Azərbaycanda kərə yağının istehsalı məhdud çərçivədə olduğu üçün bu məhsul ölkəmizə əsasən Yeni Zelandiya, Rusiya, Avstraliya, Ukrayna və Pribaltika ölkələrindən idxal edilir.  Bu biznes Ə.Məlikovun monopoliyasındadır.  Mənbənin məlumatına görə, Ə.Məlikovun idxal etdiyi yağların içinə balina yağı və heyvanların iç piyini qatırlar. ölkədə kərə yağlarının dəqiq mükəmməl ekspertizası aparılmır. Uzun müddət ölkədə balina yağı, heyvanın iç yağlarından qatıb, üzərinə ekoloji cəhətdən təmizdir yazılmış və kərə yağını imitasiya edən, açanda onun qoxusunu verən “Toplyonoye maslo”, “Novvejskoye maslo” olub. Bunların üzərində inək şəkli vardı. Hətta yerli “Fazil” firması kərə yağını imitasiya edən və tərkibində ümumiyyətlə kərə yağı olmayan kərə yağına bənzər mallar buraxırdı. İnsanlar da bunu kərə yağı kimi alırdı.  Xüsusən də dəmir qablarda qablaşdırılmış, açanda kərə yağının qoxusunu verən, hansı ki, bu qoxuya kimyəvi maddələr vasitəsilə nail olunur, onların kərə yağı ilə heç bir əlaqəsi yoxdur. Ancaq Ə.Məlikovun  sayəsində keyfiyyətsiz məhsullar Azərbaycan bazarına buraxılır”. ( istiqlal.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler