Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bakıda İŞİD emeliyyatının siqnalı hardan gelib? – İlginc iddialar

02 Kasım 2016

6:08 pm


02/11/2016 [22:06]: xeber –
Azərbaycanda “İslam dövləti” təhlükəsi qalmaqdadır; Son illərdə ölkəmizdən Yaxın Şərqdə gedən döyüşlərə qoşulanların olması daxildə bu təhdidin davam etdiyini göstərir…Bir neçə gün əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat da təhlükənin mövcudluğundan xəbər verirdi. Ölkədə müxtəlif terrorçu-radikal cərəyanların ideoloji təbliğatı getməkdədir. Xüsusi xidmət orqanları isə hər zaman ayıq-sayıq davranır. Çünki şimal və cənub qonşular müxtəlif zərərli vərdişlər təbliğ etməklə yanaşı agentura şəbəkələri də işləməkdədir. Yəni radikalizmlə mübarizə birqütblü və yeknəsəq deyil, ərəb ölkələrindən idxal olunan İŞİD, Vaşinqtondan idarə edilən FƏTÖ, Kreml və Qərbin dirijor çubuğu ilə hərəkət edən “5-ci kolon” təhlükəsi nə dərəcədə varsa, İrandan da agentura şəbəkəsi var.DTX-ya əməliyyat barədə ilk informasiyanın Rusiyadan daxil olması haqda versiyalar var. Bunu deputat Zahid Oruc da təsdiqləyib: “Rusiya FTX-nin baş direktoru Aleksandr Bornikovun 28 sentyabrda Bakıda terrorçularla bağlı həyəcan siqnalı çalmasından sonra bu günlərdə Azərbaycan DTX-nin terrorçuları məhv etməsi heç də təsadüfü deyildi”. Deputat bu günlərdə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin Bakıda terrorçulara qarşı həyata keçirdiyi uğurlu əməliyyatın siqnalının Rusiyadan gəldiyini söyləyib: “Bakıda DTX-nin həyata keçirdiyi antiterror əməliyyatında hətta terrorçular xüsusi xidmət əməkdaşlarına qarşı odlu silahdan istifadə etməyə də cəhdlər ediblər. Buna görə də Azərbaycan həm vətəndaş və həm də xüsusi xidmət orqanları səviyyəsində bu cür təhdidlərə qarşı tam ayıq olmalıdır. DTX-nin həyata keçirdiyi əməliyyat sübut etdi ki, hələ də çox diqqətli olmaq lazımdır. Bakıda məhv edilən və tutulan terrorçular Türkiyə-Azərbaycan kanalı ilə yəqin ki, Şimali Qafqaza, Rusiyaya sızmaq istəyiblər”.Xatırladaq ki, bu günlərdə DTX terrorçulara qarşı xüsusi əməliyyat keçirib. Belə ki, dini ekstremizm zəminində ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılan cinayətkar birlikdə iştirak etmə, odlu silahdan istifadə etməklə terrorçuluğa və quldurluğa hazırlıq əməllərini törətmələrinə əsaslı şübhələr olan A.Quliyev, F.Rüstəmov və A.Gülməmmədovun saxlanılması üzrə 26-27 oktyabr 2016-cı il tarixlərində respublikanın müxtəlif rayonlarında kompleks əməliyyat tədbirləri həyata keçirilib. Bu zaman saxlanılmasına müqavimət göstərərək ictimai yerdə “F-1” tipli əl qumbarasını partlatmağa cəhd edən A.Quliyev, habelə “Steçkin” markalı tapançadan istifadə edərək xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara atəş açıb, silahlı müqavimət göstərən F.Rüstəmov ətrafdakıların həyat və sağlamlığının təhlükə qaratdığından o, xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilib. A.Gülməmmədov isə şübhəli şəxs qismində tutulub.Fakt üzrə Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2, 28,181.2.1, 28,214.2.1, 28,214.2.3 və 228.1-ci maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.(Politika.Az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler