Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bakıda I Beynelxalq Çörek Festivalı keçirildi – Fotolar

20 Ekim 2016

2:48 pm


20/10/2016 [18:46]: xeber –
Oktyabrın 20-də Beynəlxalq Kulinariya Günü münasibətilə Bakıdakı “Sərin” restoranında I Beynəlxalq Çörək Festivalı keçirildi.Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, ölkəmizdə akkreditasiya olunmuş səfirliklərin əməkdaşları, Milli Kulinariya Assosiasiyasının üzvləri olan şirkətlər və mediya nümayəndələri iştirak edirdi.Festivalın açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Milli Kulinariya Mərkəzinin Azərbaycan mətbəxinin təbliği istiqamətində gördüyü işləri yüksək qiymətləndirdi. Bildirdi ki, həm ölkəmizdə keçirilən kulinariya tədbirlərində, həm də beynəlxalq səviyyədə kulinarlarımız ölkə mətbəxini layiqincə təbliğ edirlər: “Azərbaycanda Beynəlxalq Kulinariya Günü 2007-ci ildən qeyd olunur. Məlumdur ki, milli mətbəx qeyri-maddi mədəni irsin mühüm hissələrindən biridir. Dövlətimiz tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, inkişafı və təbliği məsələlərinə xüsusi diqqət yetirilir. Bütün bunlar, əlbəttə ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin ən yüksək səviyyədə dəstəklənməsi üçün qoymuş olduğu ənənələrin davamıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mədəni irsimizin, o cümlədən milli mətbəximizin qorunması və təbliği işinə böyük diqqət və qayğı ilə yanaşırlar. Ölkə xaricində təşkil olunan mədəni tədbirlərdə Azərbaycan kulinariyasının nümunələri yüksək səviyyədə nümayiş etdirilir”.Nazir müavini qeyd etdi ki, dərin köklərə, qədim tarixə malik Azərbaycan mətbəx mədəniyyətinin hərtərəfli tədqiqi və dünyada tanıdılmasında Azərbaycan Milli Kulinariya Mərkəzinin, Milli Kulinarlar Assosiasiyasının fəaliyyəti böyük əhəmiyyət kəsb edir: “Bu gün ilk dəfə olaraq Beynəlxalq Kulinariya Günü çərçivəsində I Beynəlxalq Çörək Festivalı keçirilir. Çörək qədim zamanlardan xalqımızın sərvəti, bolluq və bərəkət rəmzi sayılır. Azərbaycanda çörəyə xüsusi münasibət var. Uşaqdan böyüyə hamı müqəddəs nemət kimi çörəyə böyük ehtiramla yanaşır. Azərbaycanda çörəksiz süfrə təsəvvür etmək mümkün deyil. Bugünkü festivalda respublikanın bölgələrinə və bir sıra xarici ölkələrə xas müxtəlif çeşidli çörək növləri və onların hazırlanması qaydaları nümayiş etdirilir. Əminik ki, festivalın keçirilməsi əsrlər boyu formalaşmış kulinariya mədəniyyətimizin öyrənilməsi və təbliğinə, gələcək nəsillərə çatdırılmasına öz töhfəsini verəcək”.Sevda Məmmədəliyeva turizm bazarının formalaşmasında kulinariya ənənələrinin əhəmiyyətli rol oynadığını vurğuladı: “Tövsiyə edərdik ki, milli mətbəximizi nümayiş etdirən tədbirlər turistlərin çox olduğu yerlərdə, mərkəzi meydanlarda da keçirilsin. Eyni zamanda dünya təcrübəsindən istifadə edərək bu kimi tədbirlərin yaz və yay aylarında, açıq havada keçirilməsi daha məqsədəuyğun olardı”. Qeyd olundu ki, Azərbaycanda qastronomik turizmin inkişafı üçün mətbəxdən yazan xarici müəlliflərin, bloqqerlərin cəlb edilməsi, onların kulinariya ilə bağlı festivallara, müxtəlif regionlara mətbəx turlarına dəvət olunması müsbət nəticə verə bilər. Azərbaycan mətbəxi və görməli yerləri haqqında təəssüratların sosial şəbəkələrdə, jurnal və qəzetlərdə işıqlandırılması daha geniş auditoriyaya çıxması Azərbaycana marağın daha da artmasına səbəb olar.Sevda Məmmədəliyeva sonda bir daha Beynəlxalq Kulinariya Günü münasibətilə kulinarları təbrik etdi, gələcək işlərində uğurlar arzuladı.Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov 20 oktyabr – Beynəlxalq Kulinariya Gününün tarixindən danışdı, bu əlamətdar günün dünyada 13, ölkəmizdə isə artıq 10 ildir qeyd olunduğunu bildirdi, görülən işlərə nəzər saldı: “Bu il Milli Kulinariya Mərkəzi olaraq 25 yerli və 12 xarici tədbirdə iştirak etmişik. Altı beynəlxalq və bir yerli festival təşkil olunub. Bir sıra digər beynəlxaq tədbirlərdə ölkəmizi layiqincə təbliğ etmişik. Eyni zamanda aşpazlara milli mətbəx üzrə treninqlər keçirilib, sertifikatlar verilib. Bu müddət ərzində ölkə mətbəxini təbliğ etmək üçün məqalələr dərc edilib, televiziyalarda çıxışlar olub. Kulinariyaya aid 3 kitab nəşr edilib. Həmçinin kulinariya sahəsində fəaliyyət göstərən bir sıra insanlar mükafatlara və fəxri adlara layiq görülüblər. Hazırda Azərbaycan Milli Kulinariya Mərkəzinin və Milli Kulinarlar Assosiasiyasının dəstəyi ilə xaricdə tələbələrimiz təhsil alır”.Qeyd olundu ki, paytaxtda keçirilən Novruz bayramında, Qəbələdə “Mürəbbə festivalı”nda, Sabirabadda “Qarpız festivalı”nda kulinarlarımız yüksək peşəkarlıq nümayiş etdiriblər.Tahir Əmiraslanov eyni zamanda ilk dəfə təşkil olunan çörək festivalı haqqında məlumat verdi. Bildirildi ki, festivalda Azərbaycanın 24 şəhər və rayonu, Türkiyə 7, Özbəkistan 3, Qazaxıstan isə 5 çörək növü ilə təmsil olunur”.Tədbirdə millət vəkilləri Qənirə Paşayeva, Ülviyyə Ağayeva, xarici ölkə səfirliklərinin nümayəndələri və digər qonaqlar çıxış edərək Beynəlxalq Kulinariya Günü münasibətilə kulinarlarımızı təbrik etdilər. Ölkəmizdə keçirilən beynəlxalq səviyyəli tədbirlərdə milli mətbəximizin geniş təbliğ olunduğu vurğulandı.Tədbirin sonunda Azərbaycan milli mətbəxinin təbliğində xüsusi roluna görə Natəvan Makili-Əliyevaya “Azərbaycan Milli Mətbəxinin səfiri” diplomu təqdim olundu. Həmçinin Beynəlxalq Kulinariya Günü münasibətilə kulinarlara, kulinariya ənənələrinin təbliğ olunmasında göstərdiyi xüsusi xidmətlərinə görə media nümayəndələrinə, şirkətlərə diplomlar təqdim edildi.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler