Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bakıda dollar bolluğunun sebebi üze çıxdı…

09 Ekim 2016

11:48 am


09/10/2016 [15:45]: xeber –
Dövlət Neft Fondu (DNF) Azərbaycan Beynəlxalq Bankında birillik müddətə 4 faizlə bir milyard dollarlıq depozit yerləşdirib.Fonddan bildiriblər ki, “DNF ABB-yə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın 2.1.3.-cü bəndinə uyğun olaraq yerləşdirilib”. (Fins.az).Azərbaycan Beynəlxalq Bankından isə deyiblər ki, Dövlət Neft Fondunun bu addımı xarici öhdəliklərin yerinə yetirilməsi ilə bağlıdır. Əslində, Neft Fondunun vəsaitlərinin yerli banklarda yerləşdirilməsi yeni məsələ deyil. Ancaq burda başlıca niyyət bankların xarici borclarının ödənilməsi də sayıla bilməz. Məqsəd – ucuz vəsaitin yerli banklarda yerləşdirilməsi və nəticədə, kreditlərin faiz dərəcəsinin aşağı düşürülməsidir. Vaxtilə prezidentin də bu barədə tapşırığı olub.Bununla belə fonddan bildiriblər ki, hazırda DNF-nin digər yerli banklara depozit qoyuluşu planları yoxdur. Fondun vəsaitləri xarici banklarda, o cümlədən qiymətli kağızlarda və kommersiya daşınmaz əmlakda saxlanılır.Valyuta hərraclarında Dövlət Neft Fondu bir neçə aydır ki, yerli banklara hər həftə iki dəfə hər dəfə 50 milyon dollar satırdı. Lakin ötən ay valyuta bazarında tələbatın kəskin artmasından və nəticədə dolların yenidən bahalaşmağa başlamasından sonra Fond banklara bir dəfəyə rekord məbləğə-300 milyon dollar satıb. Bundan sonra dollara tələbat kəskin azalıb və hazırda manat dollara nisbətdə qismən dəyər qazanmaqdadır. Ekspertlərə görə dollara tələbatın azalmasına Dövlət Neft Fondunun Azərbaycan Beynəlxalq Bankında yerləşdirdiyi 1 milyard dollar depozitin də rolu var. Fond indiyədək yerli banklarda heç vaxt bu məbləğdə depozit yerləşdirməmişdi.(virtualaz.org)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler