Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bakıda ÇXR-in yaranmasının 67-ci ildönümü qeyd edildi

27 Eylül 2016

4:32 pm


27/09/2016 [20:29]: xeber –
Bakıda Çin Xalq Respublikasının yaranmasının 67-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.sayt xəbər verir ki, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan və Çinin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Azərbaycan hökuməti adından nəqliyyat naziri Ziya Məmmədov çıxış edərək, Çin xalqını milli bayram münasibəti ilə təbrik edib. Nazir Ziya Məmmədov çıxışında iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafının müsbət dinamikasını qeyd edib, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə qarşılıqlı fəaliyyətin səmərəliliyini, əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulayıb. Ziya Məmmədov Çinin beynəlxalq tədbirlərdə və görüşlərdə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini bildirib. İkitərəfli əlaqələrin yaxın zamanda daha da inkişaf edəcəyini, Çindən başlayaraq Azərbaycandan da keçməklə qurulan nəqliyyat dəhlizlərinin xalqlarımıza faydasını qeyd edib.Xatırladaq ki, 1 oktyabr Çin Xalq Respublikasının yaradıldığı gündür. 1949-cü il oktyabrın 1-də Çin Kommunist Partiyasının rəhbəri Mao Tszedun Çin ‎Xalq Respublikasının yarandığını elan edib. Həmin gün hər il Çinin milli bayramı ‎günü kimi qeyd edilir.‎Çin Xalq Respublikası ilə Azərbaycan arasında dostluq münasibətləri, iqtisadi, ‎mədəni, elmi əlaqələr mövcuddur. 1991-ci il dekabrın 27-də Çin Xalq Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. 1992-ci il aprelin 2-də Azərbaycan Respublikası ilə ÇXR arasında diplomatik münasibətlər qurulub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler