Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bakıda cerime meydançalarında ödenişlerin heyata keçirilmesi ile bağlı problem yaranıb

30 Haziran 2016

9:36 am


30/06/2016 [13:36]: xeber –
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin cərimə meydançalarında ödənişlərin həyata keçirilməsi ilə bağlı problem yaranıb. “Report”un apardığı araşdırma nəticəsində müəyyən olunub ki, bəzi cərimə meydançalarında ödəmə terminalı qurulsa da, onların işləməməsi səbəbindən yerində ödəniş etmək mümkün olmur.Belə ki, Heydər Əliyev adına İdman və Konsert Kompleksinə yaxın ərazidə yerləşən 8 saylı cərimə meydançasında ödəmə terminalı qurulsa da, işlək vəziyyətdə deyil. Nəticədə avtomobil sahibi ödəniş olunması üçün şəhərin digər ərazisinə göndərilir. Avtomobili cərimə meydançasında saxlanılan şəxslərdən biri “Report”a bildirib ki, ödəniş edib yenidən 8 saylı cərimə meydançasına qayıtdıqda orada polis əməkdaşı olmadığından saatlarla onu gözləmək məcburiyyətində qalıb.Araşdırma zamanı digər cərimə meydançalarında da yerində ödəniş etməyin mümkün olmadığı məlum olub. Belə ki, Bakının Dərnəgül yoluna yaxın ərazidə, həmçinin metronun “20 yanvar” stansiyasının yaxınlığındakı, eləcə də Biləcəri qəsəbəsində yerləşən cərimə meydançalarında ümumiyyətlə ödəmə terminalı quraşdırılmayıb və yerində ödəniş aparılmır.Araşdırma zamanı yerində ödəniş etməyin yalnız Xətai rayonu ərazisində yerləşən cərimə meydançasında mümkün olduğu aşkarlanıb.Ekspert Ərşad Hüseynov məsələ ilə bağlı bildirib ki, cərimə meydançasında sürücünün ödənişi dərhal qəbul olunmalıdır. Onun sözlərinə görə, dayanma-durma qaydalarını pozduğuna görə elektron və ya adi qaydada protokol tərtib olunubsa, bu, sürücüyə təqdim olunmalıdır və təyin olunmuş vaxta qədər sürücü cəriməni ödəməlidir: “Əgər polis əməkdaşı avtomobili cərimə meydançasına aparıbsa, onun borcudur ki, sürücünü gözləsin və ya növbəlilik şəkilində sürücü gələnə qədər orada kimsə olmalıdır. Sürücü cərimə meydançasında polis əməkdaşını gözləməməlidir. Bundan başqa, cərimə meydançasında növbəli sistem əsasında həmişə məsul şəxslərdən kimsə olmalıdır”.Ekspertin sözlərinə görə, sürücü evakuasiya xidmətinin haqqını yerində ödəməlidir: “Sürücü parklama qayadlarını pozubsa və onun avtomobili evakuasiya olunubsa həmin sürücü 20 manat cərimə, 20 manat da evakuasiya haqqı ödəməlidir. Lakin evakuasiya haqqını sürücü yerində ödəməlidir. Bunun üçün əgər cərimə meydançasında bankomat və ya ödəmə terminalı varsa ora ödənilir, yoxdursa nağd şəkildə ödənilir və nağd ödəniş zamanı sürcüyə kassa mədaxil qəbzi verilməlidir. Əgər ödənişi qəbul edən şəxs sürücüyə kassa mədaxil qəbzi təqdim etməsə həmin şəxs məsuliyyətə cəlb oluna bilər”.Ə.Hüseynov vurğulayıb ki, gələcəkdə evakuasiya haqqının da sonradan ödənilməsi imkanı yaradılmalıdır: “Çünkü avtomobil cərimə meydançasına aparılıb, lakin sürcünün həmin vaxt ödəniş etməyə pulu yoxdursa sürücü nə etməlidir? Avtomobilsiz qalmalı deyil ki…” 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler