Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bakıda atlar şahe qalxdı, toplar düzüldü – FOTOLAR

14 Ağustos 2016

10:16 am


14/08/2016 [14:13]: xeber –
Bakının ən möhtəşəm binalarından sayılan “Alov qüllələri” 42-ci Ümumdünya Şahmat Olimpiadasının təbliğatına dəstək olur. Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən verilən məlumata görə, gecə saatlarında orijinal işıqlandırma sayəsində binaların üzərində vizual olaraq şahmat fiqurları canlandırılır. Hərəkətli fiqurlarla yanaşı, şahmatın müxtəlif elementləri Bakı sakinləri və şəhərimizin qonaqlarını 42-ci Şahmat Olimpiadasına dəvət edir. Xatırladaq ki, Bakı Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında keçiriləcək. Yarış Bakı Kristal Zalında baş tutacaq. İlk tur sentyabrın 2-də start götürəcək. (trend)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler