Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bakıda 22 torpaq sahesi özelleşdirmeye çıxarıldı

07 Ağustos 2016

11:12 am


07/08/2016 [15:10]: xeber –
Bakıda 22, ölkənin digər şəhər və rayonlarında isə 8 torpaq sahəsinin yaxın zamanlarda özəlləşdirilməsi nəzərdə tutulur. Qiymətləndirici təşkilat seçimi məqsədilə elan edilən kotirovka sorğusunda belə yazılıb. Bu haqda Əmlak Məsələləri Dövlət Komitəsi bildirir.Komitə torpaq sahələrinin ərazi dislokasiyası barədə məlumat verməyib. Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK-nın) mətbuat katibi Qulu Xəlilov torpaqların yerləşmə sxemi, əvvəllər hansı dövlət qurumunun balansında olması haqda AzadlıqRadiosu-nun sualına cavabdan yayınaraq deyib ki,«Özəlləşdirilməyə çıxarılanda torpaqların siyahısı açıqlanacaq».Qiymətləndiricilərin seçim mərhələsində iştirakına, avqustun 6-dan başlayaraq, 4 gün vaxt ayrılıb. Qiymətləndirmənin nə zaman yekunlaşacağına dair məlumat verilmir.ƏMDK-nın illik fəaliyyət hesabatlarında göstərilir ki, 2012-ci ildə – 620; 2013-cü ildə – 720; 2014-cü ildə – 650; ötən ilsə 470 obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Komitənin bu ilin ilk yarısı üçün fəaliyyət hesabatında özəlləşdirmənin gedişi, o cümlədən torpaq satışı barədə məlumat əksini tapmayıb.İyulun 19-da prezident İlham Əliyev «Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında»fərman verib. Həmin fərmanda dövlət başçısı ƏMDK-ya tapşırıb ki, dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində, Bakı və digər şəhərlərin baş planları nəzərə alsın və özəlləşdirilən müəssisələrin yerləşdiyi torpaq sahəsi sərhədlərinin şəhərsalma qanunvericiliyinə uyğun yenidən müəyyənləşdirilməsinə dair təkliflərini ona təqdim etsin.Bundan başqa, ƏMDK-ya dövlət mülkiyyətində olan hüquqi şəxslərin istifadəsindəki torpaqların durumunu araşdırmaq, tələbatdan artıq və ya istifadə olunmayan torpaq sahələrinin səmərəli istifadəsinin təmin edilməsinə yönəlmiş tədbirlər görmək də tapşırılıb.Bu səbəbdən, ehtimal etmək olar ki, ƏMDK investorlara bu il və qarşıdakı illərdə daha çox torpaq sahəsi təklif edəcək. Hələlik, komitə torpaqların hansı qaydada satılacağını bildirmir.Sözügedən 30 torpaq sahəsinin qiymətləndirilməsi «Qiymətləndirmə fəaliyyəti haqqında» qanuna uyğun aparılacaq. Bu isə o deməkdir ki, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrindən fərqli olaraq, onlara bazar qiyməti qoyulacaq. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin qiymətləndirilməsi Nazirlər Kabinetinin ayrıca qaydaları ilə tənzimlənir və adətən, bazar qiymətindən dəfələrlə aşağı olur.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler