Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bakı zooloji parkından reportaj – FOTOLAR

27 Haziran 2016

9:16 pm


28/06/2016 [01:13]: xeber –
İnsanların yay günlərində maraqla ziyarət etdiyi yerlərdən biri də Bakı Zooparkıdı. Biz də sayt olaraq yolumuzu adı çəkilən zooparka saldıq. Gənclik metrosundan çıxıb piyada Dədə Qorqud parkını keçib zooparka çatdıq.Zooparkın girişində əyləşmiş xanım qulağındakı qulaqcığı çıxarıb ayağa qalxdı: “Biletiniz…”. Biz də jurnalist olduğumuzu və zooparkdan reportaj yazmaq istədiyimizi dedikdə, yenidən qulacığı qulağına taxıb əyləşdi. Özünü təhlükəsizlik üzrə məsul şəxs kimi təqdim edən yaşlı kişi zooparka girişimizə etiraz etmədi: “Gedin çəkin!”.Fotoaparatı yandırıb zoparkdakı dəmir barmaqlıqlar arasında gah yatan, gah da oynayan heyvanları çəkməyə başladıq. Avtomobil təkəri ilə oynayan nəhəng ayı xeyli insanı başına toplamışdı. Şini gah suya salır, gah da başından keçirib ayağından çıxarırdı.Yadımdaykən deyim ki, zoopark hər gün saat 10:00 – dan, axşam saat 19:00 – dək fəaliyyət göstərir.Zooparka giriş böyüklər üçün bir manat əlli qəpik, balacalar üçün isə bir manatdır. Zooparkda balacalar üçün nəzərdə tutulan at gəzinti üçün iki manata təqdim olunur.Gəzinti zamanı zoopark işçilərindən aldığımız məlumata görə Bakı Heyvanat parkının kolleksiyasına 168 növə aid olan 1193 başdan çox heyvan, quş, sürünən və balıqlar daxildir. O cümlədən, 47 növə aid 193 baş məməli heyvan, 70 növə aid 400 baş quş, 11 növə aid 34 baş sürünən, 2 növə aid 4 baş suda-quruda yaşayan, 38 növə aid 562 balıq bu parkda saxlanılır. Bakı heyvanat parkında Afrika aslanı, Amur pələngi, yaquar, bəbir, qırmızı canavar, arktika canavarı, Şotland ponisi, yallı qoyun, Avropa cüyürü, pavian qamadril, tirəndaz, adi iriburun yenot, uçan misir iti, Nil timsahı, Afrika dəvəquşusu, ara tutuquşuları kimi bizim təbiətə xas olmayan heyvanlar saxlanılır.Fotoqrafımız Rəşad Səlimov zooparkadı dəvələri çəkərkən ehtiyat edir: “Birdən üstümüzə tüpürər gəl, geri çəkilək”. Amma, dəvələr heç nə etmir. Hələ onların yaxınlığında dayanıb şəkil çəkdirən balaca körpələrin də ardı – arası kəsilmir.Biz burda olduğumuz yarım saatlıq vaxt ərzində zooparka gələn insanların ardı – arası kəsilmirdi. Xüsusən də balacaların marağına səbəb olan heyvanat aləmi körpələrin filmlərdə gördüyü heyvanları çox yaxından aşkarda görməyi kerçəkləşdirir.Beləcə zoopark səyahətimizi başa vurub oradan ayrılırıq. Amma, biz çıxarkən hələ də şəhər sakinləri öz körpələri ilə zooparka gəlməyə davam edirlər.Vasif Əlihüseyn




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler